PDF Oxu

Köşə

  • 2 050

AYDINı DOĞANın ...

AYDINı DOĞANın ...

Heç kim səhv anlamasın, demək istəyirəm ki, Aydın Doğanın anasının kimliyini, hansı millətdən olduğunu araşdırmaq lazımdır. Axı ermənidir deyirlər, ona görə də Aydını Doğanın milli kimliyi çox gərəklidir. Türkiyə mətbuatı Fətullah Gülən kimi Aydın Doğanın da yaşmaq tutub ağladığını, türk millətinə qarğış elədiyini yazır. F.Gülənin Türkiyə dövlətinə etdiyi xəyanətlər, rəhbərlik etdiyi "nursuzlar ordusunun" çirkin əməllər ortaya çıxanda bütün ölkəni silkələyən çıxış etmişdi. Ona görə "bütün ölkəni" silkələyən çıxış idi ki, bu adamın əsl siması açılmışdı. Onun xəyanətlərini, ABŞ MKİ-yə işlədiyini sübuta yetirən türk dövlət adamlarına qarğış eləyib deyirdi ki, "yalancının kız evladı ölsün", "yalancı kimsə o kardeşinin etini yisin" və sairə. Bu çıxışından sonra Fətullaha Türkiyədə "məsum" baxanlar da fikirlərində yanıldıqlarını anladılar. Nə isə, bu, başqa söhbətin mövzusudur. Onsuz da hər kəs bilir ki, Fətullah MKİ-nin əlaltısıdır.

Dünən facebookda türk dostlarımdan biri ilə Aydın Doğanı qısaca müzakirə elədik. Diqqətimi çəkən məqamlar oldu. Sən demə, A.Doğana Türkiyədə "BABA" deyilməsi heç də təsadüfi deyilmiş. Ölkədə böyük media gücünə sahib olan bu adam Qərbin xüsusi xidmət orqanlarının Şərq projesində yer alan əsas milli satqınlardan imiş. Dostumuz maraqlı bir məqamı nəql elədi ki, 2012-ci ildə A.Doğanla hansısa türk dövlət adamının təkbətək görüşü olub. O, dövlət adamını təhdid etsə də, tələbi cavabsız qalıb. Ancaq nəticədə "Sen hiç hakiki mafiya gördünmü, seni qazetenin bir sahfasında bitiririm. Bu da olmazsa, "BABA"lığımı gösteririm sana..." Dostumuz bir maraqlı faktı da dedi ki, Doğanın Türkiyədə tikinti sektorunda böyük payı var və o, tikdiyi binaların əksəriyyətinin təyyarədən olan görüntüsü "F" hərfi formasındadır. Hətta Türkiyədə yanaşı tikdiyi 8 bina var ki, bu binaların hər biri özündə "F", "E", "T", "H", "U", "L", "L", "A", "H" hərflərini əks elətdirir. Bu adama vurğunluğun mayasında satqınlıqdan başqa heç nə dura bilməz. Bu böyük "ABİ" krizis dövrünü yaşayır. Məsələ bundadır ki, "Gülən" camaatını bütün dünyada ən sərt şəkildə ifşa edən Türkiyə oldu, qardaş ölkədə bunların siyahısını alt-üst elədilər. İndi Doğan niyə də türkə düşmən olmasın!?

2000-ci ildə Doğan Azərbaycanda neft payına sahib olmaq üçün çox çaba göstərdi. Lakin bütün cəhdləri uğursuz qaldı, ona icazə verilmədi. Azərbaycan hələ o vaxt bu adamın kimliyini bilirdi. Zaman göstərdi ki, yanılmamışıq, bu gün ermənilərə dəstək verən adını "türk" qoyanlar içərisində ilk yerlərdən birində Doğan dayanır.

Araşdırmalar da sübut edir ki, hələ dünya savaşlarında da Türkiyənin məğlub olmasının əsas səbəbkarları Doğan kimi şəxslər olub. Çünki onlar dövlətin düzgün mövqe seçməsinə mane olublar, məcburən qərarlar qəbul etdiriblər və bununla da ölkəni krizisə salaraq böyük iqtisadi-siyasi üstünlüklər əldə ediblər. Söz yox ki, hər şeyin sonu olduğu kimi, bunun da bir sonu olur. Çünki Türkiyə sözün əsl mənasında dünyada söz sahibidir. Ən əsası Qərbin Şərq siyasəti hazırda Türkiyənin əlindədir.

Digər xəbərlər