ABŞ-da yaşayan məşhur erməni milyarderi Kirk Kerkoryan gorbagor olub. Hələ 4 il bundan öncə bu adamcığın sərvəti 3,3 milyard dollar idi. O, "MGM Resorts International" mehmanxanalar şəbəkəsinin sahibi və Las-Veqas qumarxanalarını yaradanlardan idi. Bir sözlə, erməni lobbisinin pul dağarcığı olan Kerkoryan 98 yaşında cəhənnəmə yol saldı. Hələ 2000-2005-ci illərdə Kerkoryanın adı ABŞ mətbuatından düşmürdü. O, müxtəlif cinayətlərdə ittiham olunurdu, qadın alverindən tutmuş, qanunsuz silah alverinə və azyaşlılar arasında porno-filmlərin çəkilməsinə görə müxtəlif maddələr üzrə təqsirləndirilirdi. Sonra nədənsə "qoruyucu əl" onu bəladan xilas etdi. Amma 1 milyard pul xərcləməli oldu. Kerkoryan ermənilərin əsas hamilərindən sayılırdı. Hətta qondarma erməni soyqırımına dəstək verən ABŞ senatorlarının da məhz Kerkoryanın dəstəyi ilə qol-qanad açdıqları məlumdur. Həmin senatorların seçilməsində Kerkoryanın külli miqdarda pul xərcləyib. Belə olan təqdirdə həmin senatorların qondarma "erməni soyqırımı"nı dəstəkləməsi heç də təəccüblü görünmür.
Türkiyədə yaşananlar çox maraqlı mənzərə yaradıb. Əsl demokratiya bütün dünyaya, xüsusilə də Qərbə nümayiş olunur. Türkiyə müxalifətinin də olduqca maraqlı və sanballı tərəfləri ortaya çıxır. Bunlar nədir? Məsələn, qardaş dövlətin müxalifəti bizim Müsavat və AXCP-dən fərqli olaraq özlərinə xaricdə "day-day" axtarmağı şərəfsizlik kimi qəbul edirlər. Baxmayaraq ki, bu, bizim müxalifət üçün şərəf məsələsidir. Təkcə Qərb deyil, Azərbaycan dövlətinə zərbə vurmaq üçün ermənilərlə də işbirliyi quran radikal müxalifətin Türkiyə müxalifətindən öyrənəcəyi çox şey var. Amma təəssüf ki, bunu da edə bilməzlər. Çünki Türkiyə müxalifətinin simaları İsa Qəmbərin, Əli Kərimlinin, Cəmil Həsənlinin tayı deyillər. Ən əsası onların arxasında milyonlar var. Necə deyərlər, Kılıçdaroğlunun iş otağına bütün müxalifətçilər sığar, hələ bir boş yer də qalar.
Yeri gəlmişkən, günün ən tikan çıxaran bu xəbərindən sonra acı bir xəbər də aldıq. Çox heyif, türk dünyasının böyük şəxsiyyəti Süleyman Dəmirəl də dünyasını dəyişdi. Allah rəhmət eləsin!
Həqiqətən də əsl mübarizə gedir. Elə bir mübarizə ki, xeyirlə şər üzbəüz dayanıb. Bəlkə də çoxlarına asan gəlir, amma bu gün üzdəniraq qərblilərin şər-böhtanlarına cavab vermək, onları susdurmaq elə də asan deyil. Lakin bir dəqiq fakt var: əgər bu gün ABŞ, İngiltərə və Fransa Azərbaycana qarşı bu çirkli kampaniyanı aparırlarsa, deməli, bizi özlərinə rəqib görürlər. Hansı məsələdə və necə? Bu başqa söhbətin mövzusu olduğuna görə qalsın.