ABŞ dünyada yeganə dövlətdir ki, bu dövlətin xarici siyasət idarəsinin (Dövlət Departamenti) bütün əməkdaşları xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Yəni heç kim ali məktəbi bitirib işə düzəlmək üçün sənədlərini Dövlət Departamentinə təqdim edə bilməz. Bu qurumun bütün əməkdaşları verilən təqdimatlar əsasında MKİ-də (CİA) ya bir müddət işləyir, yaxud da bir müddət təyinatı üzrə təhsil alır. Məqsədim bu deyil, əsas mətləbdən danışaq. Məsələn, Nulandın Azərbyacanda inqilab hazırlamaq cəhdlərindən...
Əvvəla, Nuland özbaşına deyil ki, Quba, İsmayıllı hadisələrini və "Əsgər ölümlərinə son" aksiyalarını təşkil edə bilsin. Bu, onun başı üçün də deyil. Necə deyərlər, ABŞ-da minlərlər "inqilab texnoloqları" var. Onlar MKİ-də, Dövlət Departamentində, Ağ Evdə və müxtəlif dövlət qurumlarında oturublar. Bu oyunların başında elə birbaşa ABŞ dövlətinin durduğu heç kimdə şübhə doğurmur.
Rus tarixçisi İvanov yazır ki, ABŞ üçün vicdan anlayışı yoxdur: "Xalqların sülhməramlı taleyi ABŞ-a lazım deyil, ona xalqların faciəsi üzərində hegemonluq qazanmaq gərəklidir. ABŞ özünü ən humansit şəkildə aparsa, buna heç vaxt inanmayın...". Bizlər bunun dəfələrlə şahidi olmuşuq. Elə götürək, 2001-ci il 11 sentyabr hadisəsini. ABŞ özünü dünyada "terrorun qurbanı" kimi tanıtdırmaq və İraqa girmək üçün öz millətinə qarşı terror törətdi, minlərlər insan dünyasını dəyişdi. Bəli, 11 sentyabr hadisəsini ABŞ dövlətinin özü təşkil etmişdi. Bu, müharibəyə başlamaq üçün ABŞ-a ən sərfəli bəhanə idi.
Və yaxud 2014-cü ilin yanvarında Viktoriya Nulandın ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payettlə söhbəti bir sıra qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Bəlli oldu ki, Ukraynadakı gərgin durumu müzakirə edən Dövlət Departamentinin rəsmisi səfirdən bu ölkədə ABŞ-ın maraqlarının təmsilçisi olan Arseni Yasenyukun yeni hakimiyyət quruculuğu prosesinə cəlb olunmasını tələb edib. ABŞ-ın planlarına əsasən, Yasenyuk yeni hakimiyyətin formalaşmasına rəhbərlik etməli və bütün imkanlar bu iş üçün səfərbər olunmalıydı. Səfirin ona xalqın maraqlarından danışması, Ukrayna maraqlarının üstünlük təşkil edəcəyi ehtimalından arqument gətirməsi Nulandın məşhur "...EU" ifadəsi ilə cavablanmışdı. Bu, bir daha sübut etdi ki, ABŞ-ı Ukrayna xalqı deyil, orada törətdiyi vəhşiliklər, qətliamlar daha çox maraqlandırır. Çünki bu qətliamların baş ssenarisi məhz ABŞ-ın əlində hazırlanıb.
Liviyada Qəzzafinin guya xalqdan oğurladığı 211 milyard pulun taleyi necə oldu? ABŞ söz vermişdi ki, guya bu pullar Liviya xalqına çatmalıdır. Bəs necə oldu? ABŞ Liviyada son əməliyyatlarını keçirib bəyan etdi ki, ABŞ-a xeyli ziyan dəyib ona görə xərclərimizi ödəməliyik. Belə də oldu. ABŞ müsəlmanların 211 milyard pulunu oğurladı.