Yəqin ki, biz ABŞ-dan, xüsusilə, Azərbacanı müxtəlif məsələlərdə ittiham edərək, öz gözlərindəki tirləri görməyən Qərbi Avropa ölkələrindən hələ çox bu kimi xəbərləri alacağıq. Bu kimi dedikdə, ABŞ-da ağdərili gəncin qaradərililərin kilsəsinə hücum etməsini və 9 nəfəri (!) öldürməsini deyirəm. Bilməyənlər üçün deyim ki, Cənubi Karolina ştatının Çarleston şəhərində yerləşən və qaradərililərin getdiyi tarixi kilsəyə təxminən 20 yaşlı ağ dərili daxil olub və ətrafa atəş açıb. Ölənlərin arasında kilsənin keşişinin də olduğu bildirilir. Öldürülənlərdən biri isə ABŞ senatoru Klementa Pinknidir!
Buyurun, bu da digər ölkələrdə insanların "həyat şəraitlərindən narahat olaraq" həmin ölkələrə demokratiya dərsi keçməyə cəhd edən ABŞ-ın açıq-aydın halı! Millət ibadət edir, Allaha yalvarır, haranınsa cinayətkarı əlini-qolunu sallaya-sallaya girir kilsəyə və ibadət edənləri qana bulayaraq qətlə yetirir. Əcəb demokratiya və tolerantlıq, əcəb insan haqları, əcəb senatoru belə öldürülən təhlükəsiz ölkə!!!
Görəsən, bu xəbər ölkəmizdə xəbər yapan saytlarda güllə kimi yayılarkən, Əli Kərimlinin saytı niyə bunu yazmadı? Sərfmi etmədi, yoxsaaa...
Hə, görünür ötən həftə irqçilikdə ittiham olunan AXCP sədri bu dəfə yaman yerdə axşamladığının fərqinə varmağa başlayıb axı. I Avropa Oyunlarında iştirak edən müxtəlif millətlərdən olan milli idmançılarımızı bir-bir ayırıb hansının hansı millət olması barədə uğursuz çıxış etməsi Əli Kərimlinin ABŞ-da kilsəyə girərək, qaradərililəri öldürən şəxsdən heç bir fərqinin olmadığını göstərir.
Və əslində, tarixini unutmayan xalqımız da Əli Kərilminin 92-ci il hakimiyyətində post tutduğu bir zamanlarda irqçi olduğunu yaxşı xatırlayır. Şəhərin mərkəzində, küçənin düz ortasında rus, xoxol, ya da başqa millət öldürülür, onları öldürənlər isə yoxa çıxırdı. Sonra bəlli olurmuş ki, həə, bu elə-belə qətl hadisəsi deyilmiş, bu, Əli Kərimlinin də təmsil olunduğu hökumətin gizli irqçilik, neomillətçilik siyasətinin tərkib hissəsidir. Yəni başqa millətlər görsünlər ki, onları Azərbaycanda "öldürürlər", sonra da ölkəmizdən qaçıb-getsinlər... Nə qədər oldu bu cür vətəndaşlarımız ki, onların öz zəhmətləri ilə, halal əməkləri ilə ev-eşik sahibləri olmuş, beynəlmiləl bir ölkənin, şəhərin sakini kimi hörmət sahiblərinə də çevrilmişdilər.
AXC iqtidarı isə bunu istəmirdi, "türkçülük", "bozqurdçuluq" tipli şüarlarla ortaya düşüb, "Azərbaycan azərbaycanlılar üçündür" şüarını həyata keçirməyə çalışırdı. Amma olmadı, olmayacaq da!!!
Deyəsən, birini qoyub, o birini danışdım. Yəni demək istədim ki, ABŞ-da baş verən irçilik cinayəti ilə Əli Kərimlinin cinayətləri, həyata yanlış baxışları arasında o qədər bənzərliklər var ki.
Amma ABŞ da az aşının suyu deyil haaa. Başqasına "ağıl" qoy, sonra da özünün ağılsızlığını dünyaya nümayiş etdir... BU DA SƏNƏ İRQÇİLİK, ƏLİ KƏRİMLİ!