Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin üz cizgilərinə, danışıq tərzinə və hər hansı bir məsələyə verdiyi şərhə diqqət edəndə onun haqqında "məzlum bəndə" təəsüratı yaranır. Lap ciyərini çıxarıb vermək istəyirsən. Ancaq vay o günə ki, İrfan qağanın içinə bələd olasan. Heç qınanmalı da deyil axı, ingilisin səfiridir, casusudur. Başqa nə ola bilər ki? Ömürləri dezinformasiya yaymaqla keçir, Mİ-6-ya söykənib işlərini görürlər.
Deyir ki, guya Britaniya jurnalistləri oyunları işıqlandırmaq üçün akkreditasiya almayıblar, onlara qadağa qoyulub. Ortaya maraqlı suallar çıxır. Birincisi, oyunlar bir həftə əvvəl başlayıb və belə çıxır ki, Böyük Britaniya səfiri bu vaxta kimi ingilis jurnalistlərin akreditasiya olunub-olunmamasından indi xəbərdardır? İkincisi, təxribatçı təşkilatların ölkəmizə buraxılmayan nümayəndələrinə "jurnalist vəsiqəsi" verib ölkəmizə keçirmək istəmisinizsə, bu sizin probleminiz deyilmi? Axı biz düzgün addım atmışıq. Məgər İngiltərədə cibinə "jurnalist" vəsdiqəsi qoyub Londona girmək istəyən terrorçunu ölkənizə buraxırsınızmı?
İrfan Siddiq bir xeyli yalan danışandan sonra yenə də türkün məsəli, tütəyini ağzına alıb başlayıb "demokratiya dərsi" çalmağa. Qərb üçün demokratiya anlaşıyı terrorun mədəni sinonimidir. Biz demokratiya deyəndə dünyaya açıq olmağı, insanların hüquq və azadlıqlarının qorunmasını, söz azadlığını, xalqın üstün mənafeyini başa düşürüksə, Qərb, eləcə də İngiltərə demokratiya deyəndə müsəlmanları terrora məruz qoymağı başa düşür. Onlar elə düşünür ki, yalançı "Üsamə Bin Laden" obrazını yaradıb İraqı bombalamaq demokratiyadır. Ay ingilislər, siz elə anlayırsınız ki, sonda öz arvadlarınıza da qənim kəsiləcək olan axmaq "İŞİD" tayfasını yaratmaqla "demokratik iş" qurub dünyaya hegemonluq edəcəksiniz. Siz elə dərk edirsiniz ki, İraq, Əfqanıstan, Misir, Livan, Liviya, Suriya və Ukraynada həyata keçirdiyiniz terror aktları, qətliamlar "demokratiya" üçündür. Elə qəbul edirsiniz ki, ölkələrin daxili işlərinə müdaxilə etməklə öz çirkin siyasətinizi "demokratiya" ilə pərdələyə biləcəksiniz. Nəhayət, siz bütün bunların, əslində belə olmadığını, əsl anti-demokrat, terrorçu olduğunuzu da çox gözəl dərk edirsiniz.
Şükür olsun Allaha ki, Siddiq qağanı xeyli vaxtdır tanıyırıq. Necə deyərlər, onun "məmə" deyən vaxtından "pəpə" yeyən vaxtına qədər, indi də "demokratiya kəkələyən dilinə kimi bələdik. Bir rus diplomatı yazır ki, ingilis deputatla söhbətimiz ancaq "okey, good, beautiful, nice, please..." sözləri də başa çatdı, özü də hırtıldaya-hırtıldaya məni yola saldı. Bu adamın sadə adam olduğunu fikirləşirdim, ancaq sonra başa düşdüm ki, ingilisin siyasəti onun yalançı gülüşündə və soyuqluğundadır.