Müsavat baqşanı Arif Hacılının Avropaya səfəri baş tutduqdan sonra, onun nəyə görə oraya "dəvət" olunması da bəlli oldu. Daha dəqiq desək, Arif Hacılının "dəvəti" arxasında dayanan məsələ onun parlament seçkilərində iştirtak etmək və deputatlıq kürsüsünə sahib olmaq arzusu ilə əlaqəlidir. Bu gün Arif Hacılını Avropa Parlamentində Azərbaycana qarşı irəli sürülən qərəzli hesabatlar, qondarma erməni soyqırımının tanınması ətrafında qəbul edilən qətnamələr heç də maraqlandırmır. Hətta Arif Hacılı görsə ki, deputat seçilə bilmir, gedib Avropa Parlamentində qondarma erməni soyqırımını tanıdığını da bəyan edər. Elə bilirsiniz etməz? Elə edər ki! Təkcə onun saxta yollarla baqşan seçilməsini xatırlasaq, ona qarşı çıxışı edərək, narazılıq edənləri partiyadan qovulmalarını yada salsaq, Arif Hacılının öz xeyrinə görə hansı addımlara gedə biləcək adam olduğunu bir daha təsdiq etmiş olarıq. Beləliklə, onun Avropaya "tədbirdə iştirak etmək" adıyla Avrpparlamentə getməsi arxasında daha bir amil dayanır - sifarişlər qəbul edib, pul qazanmaq!
Bəli, artıq bir müddətdir ki, Müsavatın pulu-parası tükənib, gedənlər gedib, çıxarılanlar çıxarılıb və s. Qərb isə bunlara son zamanlar, ümumiyyətlə, məhəl-filan qoymur. Ona görə də Hacılı özünü Avropaya çatdırıb ki, pul-para üçün göynəyən cibini bir azacıq doldursun. Necə deyərlər, Hacılının cibi qrantlar üçün qəribsiyib.
İsa Qəmbər öz keçmişinin bir-iki gizlinini ona öyrədib
Təbii ki, ona pulu elə-belədən verən deyil avropalı ağaları. Sifarişlər veriləcək, təlimatlar da öz yerində. Qalır onları canla-başla yerinə yetirməyə ki, Arif Hacılı daha öncələr Müsavatın aparıcı funksioneri olduğu üçün bu işdə daha pərgardır. Üstəlik, İsa Qəmbər də öz keçmişinin bir-iki gizlinini ona öyrədib.
Beləliklə, məsələ aydındır. Məsələn, Avropa Oyunları başa çatdıqdan sonra Arif Hacılı düşəcək ortaya ki, bəs Müsavat yürüş-mitinq təşkil etmək istəyir. Sonra da iddia edəcək ki, Müsavatın yürüş mitinqinə "hakimiyyət icazə vermədi"... Daha sonrası isə məlumdur. Bəli, məhz bu yolla Arif Hacılı deputat olmaq istəyir. Belə də ki, biz bunların ayrı yolla, yəni qışqır-bağır salmadan, ətraflarında süni ajiotajlar yaratmadan parlament seçkilərinə qatılmalarını nə zaman müşahidə etmişik ki, bundan sonra da müşahidə edək? Bir də ki, Arif Hacılı özünə bir sual versin ki, ümumiyyətlə, onu dəstəkləyərək deputat seçilməsinə səs verəcək insanların sayı normanı tamamlayacaqmı, yetərli olacaqmı?
Əslinə qalanda Arif Hacılının özü də yaxşı bilir ki, deputat-zad seçilməyəcək. Təki cibinə qrantlar axsın, deputat olmamaq da olar.