"Milli Şura"nın sədri Cəmil Həsənli verdiyi hər bir bənzər açıqlamalarında iddia edir ki, sən demə milli maraqlar formatını təkcə hakimiyyət müəyyən edə bilməz. Bu marağın formatını hakimiyyət, vətəndaş cəmiyyəti institutları, siyasi qurumlar birgə müəyyənləşdirməlidir (?!-R.). Tutaq ki, bu, belə olsun. Yəni milli maraq konsepsiyasınının müəyyənləşdirilməsində vətəndaş cəmiyyəti insitutları siyasi qurumlar da rol alsınlar. Hansı ki, bu məsələ Cəmil Həsənli "ağıllı mülahizələrini" yürüdərkən çoxdan öz həllini tapıb. Sadəcə ortada digər maraq var. Bu isə Azərbaycan əleyhinə, milli maraqlar əleyhinə çıxış edən qaranlıq siyasi dairələrin "vətəndaş cəmiyyəti" adından çıxış etməsi məsələsidir. Əslində, biz dəfələrlə Cəmil Həsənlinin bu cür sərsəm iddialarına şahid olmuşuq. Məsələn, hələ ötən il "Milli Şura"nın toplantılarının birində hakimiyyəti "korrupsuyada" ittiam etmiş "Milli Şura" sədri özü də bilmədən quyruğunu qapı arasında qoymuşdu. Xatırlatma edək. "Vətənə, xalqa xəyanətə gəlincə, ərazisi işğalda olan ölkənin hakimiyyətinin korrupsiyaya qurşanmasından böyük xəyanət yoxdur, yerdə qalan bütün xəyanətlər ondan aşağıda durur", - deyə C.Həsənli deyə "düşünmüşdü". Bu zaman sual yaranır ki, Cəmil Həsənlinin xüsusi xəyanətlər cədvəlimi var? Orada xəyanətlər ranqına görə düzülüb? Məsələn, böyük xəyanət, kiçik xəyanət, orta xəyanət... Əgər həmin cədvəldə "əsaslansaq" görərik ki, Vətəni satmaq nisbətən aşağı yerlərdə durur. Yəni kiçik xəyanətdir. Korrupsiya isə ondan daha ağır xəyanət sayılır və cədvəldə ilk yerdə gəlir. Yəni Hsənlinin iddiasını araşdırarkən bu cür düşünməyə imkan yaranır. Demək, Cəmil Həsənlinin "məntiqindən" həm də belə çıxır ki, Vətənə xəyanət edəni bağışlamaq olar, amma korrupsioneri yox (?!) Niyə? Birincilər Cəmil Həsənli ilə eyni düşərgədədirlər, ona görəmi?! Bax, yaxşı olardı ki, orda-burda ağızının "qatığını" yaymaqdansa, "Milli Şura"nın "ağıllı", "kamallı", ingiliscə bilən sədri bu sualın cavabını verəydi!
Daha bir sübut gətirək. Məsələn, "milli maraqlar" deyib dad edən Cəmil Həsənli Leyla Yunus həbs olunarkən də demişdi ki, sən demə "milli maraqları müdafiə etmək istəyən hakimiyyət Leyla Yunus kimi tanınmış hüquq müdafiəçisini həbsə almaz".
İndi gəl, burada da bir məntiq tap görüm, necə tapırsan! Leyla Yunus nə vaxtdan milli maraqların təcəssümü olub? O, əsaslı olaraq ermənilərlə işbirliyində suçlandırılır. Başqa sözlə, Vətənə xəyanət edib. Belə çıxır ki, onu - yəni milli maraqları tapdalayan birini həbs etmək milli maraqlara ziddir? Görəsən, Cəmil Həsənli "milli maraq" anlayışını nə ilə müəyyənləşdirir? Bunun kriteriyası nədir? Kim korrupsionerdirsə, deməli, Vətən xainidir, qalanları isə hətta Vətəni satsalar belə, yox?!
Maraqlıdır ki, Vətənə xəyanətdə ittiham olunanların çoxu elə həm də korrupsionerdirlər axı. Aldıqları qrantları gizlətməkdə, vergidən yayındırmaqda və s. ittiham olunurlar. Bunlar da korrupsiya əməlləridir. Deməli, Cəmil Həsənli onları ikiqat Vətən xaini saymalıdır, amma saymır. Əsl məntiq də bax, budur!