PDF Oxu

Köşə

  • 2 247

Qurbanqulu da İmoməli də səndən yaxşı kişidirlər, Cəmil!

Qurbanqulu da İmoməli də səndən yaxşı kişidirlər, Cəmil!

Rusiyanın Ermənistana 200 milyon yardım verməsi birdən-birə Əli Kərimlini və onun siyasi qulbeçəsi Cəmil Həsənlini narahat edib. Buna görə də onların hər ikisi dərhal, aman vermədən, elə gecəleyin durub-oturublar kompüterləri qarşısında və hücum çəkiblər klaviaturaların üzərinə ki, bəs gördünüz, "Qarabağ birdəfəlik əldən gedir" (?!-R.). Hansı ki, biz bildiyimiz qədər Qarabağı elə bunların iqtidarları erməniyə peşkəş etmişdi. Bunların hakimiyyəti dövründə, zamanında təkcə paytaxt Bakıya bir gündə onlarla əsgər tabutları gətirilirdi, Şəhidlər Xiyabanında isə yer qalmadığından, qalan şəhidlər öz rayonlarına aparılaraq dəfn edilirdi. Bakı nefti və benzini əsir əsgərlərə, meyitlərə əvəz olaraq verilirdi. Bütün bunlar isə Əli Kərimlinin yer aldığı, Cəmil Həsənlinin zaçotkalar arasında yaxşıca rüşvət qazandığı AXC hakimiyyəti dövründə təsadüf olunan hadisələrdir.

İndi Bakı, Azərbaycan dünyanın daha çox diqqət mərkəzindədir. İndi ölkəmizə olan diqqət və maraq, 17 gün öncəkindən də daha artıq, daha yüksəkdir. Belə bir məqamda, Ermənistanın vəziyyətini görmək, bu işğalçı ölkənin Azərbaycan üzərində "güclü olduğunu", bəli-bəli, məhz "güclü olduğunu" (!!!-R.) dolayısı ilə iddia etmək yenə də bu xəyanətkarlara, xəbislərə, murdarlara aid oldu. Baxın! Baxın və nəticə çıxarın ki, guya bunlar Bakıda dalğalanmış erməni bayrağından yamanca narahat olubmuşlar. Bəlkə elə gecəylə Cəmil Həsənli həmin erməni bayrağının altına gedərək, ingilisə ərə verdiyi qızının qaynatasının, yəni qudasının Yerevandakı restoranı barədə düşüncələrini paylaşıb. Bəli, erməni bayrağı Cəmil Həsənliyə bu qədər doğma və əzizdir. İnanın ki, əgər erməni bayrağı Azərbaycana beynəlxalq yarış statusuna görə gətirilibsə, Cəmil Həsənli erməni bayrağını öz "namusu", "şərəfi", "mənəviyyatı" qədər sevir, gecələr həmin bayrağın altında baş əyir, bəlkə də "UCA ASTVASIM!" (ermənicə rəbb-R.) deyib, qəşş edirmiş. Çünki bu bayrağın sahibləri hərdən onun qabağına sümük atırlar, ona görə! "Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndidə dalğalanacaq" ümidini söndürməyən Azərbaycan xalqının bu faktora daha çox inandığı halda, Cəmil Həsənlinin ermənisevər, ermənipərəst, Rüstəm İbrahimbəyova qahmar çıxması da deməyə əsas verir ki, bu şüar, yəni Azərbaycan bayrağının Xankəndidə, Şuşada dalğalanacağı barədə tez-tez səsləndirilən şüar onun xoşuna gəlmir. Qaşınır, irpənir Cəmil Həsənli bu şüarı eşidərkən. Çünki Cəmi Həsənliyə Qarabağın qayratılması sərf etmir. Əgər ki, erməni nə qədər Azərbaycanın düşməni kimi qalacaqsa, Cəmil Həsənlinin də pulu-parası bir o qədər artacaq, çoxalacaq. O da öz qudasıyla Razdanda, Spitakta, Sevanda təzə-təzə erməni restoranları, otelləri açıb-işlədəcək.

Qaldı ki rusun erməniyə 200 milyonluq yardım etməsinə, biz dəfələrə rusların ermənilərə etdiyi bu yardımlarını görmüşük. Amma həmin yarıdmların, həqiqətən də erməni ordusuna getdiyini elə həmin ölkənin, "hərbi paradında" müşahidə etdik! Bu pullar birbaşa Sarksiyan hökumətinin cibinə gedir. Ucundan-qulağından isə Cəmil Həsənli kimilərinə, onun ağası Əli Kərimliyə də düşür. İndi Cəmil Həsənli, əslində, rusun erməniyə 200 milyonluq yardım etməsindən sevinir, bəlkə də qudasına bununla bağlı müjdə də verib. Bax, belə yerdə adama deyərlər ki, əəə, a gəda, adam kişi olar! Məsələn, Türkmənistanın prezidenti Qurbanqulu Berdimühəmmədov kimi, Tacikistan prezidenti İmoməli Rahmonov kimi, eləcə də qardaş Türkiyənin, Bolqarıstanın, Belarusun, Rusiyanın, Slovakiyanın prezidentləri kimi! Belə baxanda, onların hamısı səndən yaxşı kişiymişlər, Cəmil Həsənli ! O da ki, sənə heç "kişi" adını da daşımaq düşmür. Yalançı, oğru və həyasız Cəmil Həsənli...

Digər xəbərlər