PDF Oxu

Köşə

  • 2 579

Ermənilər qarşısında səmimi görünənlər

Ermənilər qarşısında səmimi görünənlər

Bu bir həqiqətdir ki, dünyanın sivil ölkələrində, tərəqqi edən dövlətlərdə dövlətçilik maraqlarına, Vətən amilinə xəyanət edən kəslər, satqın və dönüklər istər iqtidarın, istərsə də sağlam müxalifətin kəskin qınağına tuş gəlirlər və bu cür satqınlara ağır cəzalar da verilir. Fəqət, hər yerdə olduğu kimi, bizim ölkəmizdə də dövlətə, milli maraqlara və xalqa xəyanət edənlər var ki, onları müdafiə edənlər elə özləri satqınlardır.

Ancaq burada satqınlıqdan savayı digər bir məqama - satqın müxalifət "liderlərinin" satqınlığı ilə bağlı olan məqama toxunmaq istərdim. Belə ki, artıq məlum səbəblərə görə həbsdə olan Leyla və Arif Yunusların və digərlərinin həbsi ənənəvi müxalifət düşərgəsini nədənsə narahat edir. Çünki belələrinin həbsi, ilk növbədə satqın müxalifət "liderlərinin" növbəti satqınılıq ideyalarının reallaşmasının qarşısını alır və elə bu səbəbdən, AXCP, Müsavat və digər partiyalar həbsə atılan xəynətkarları müdafiə edir, müdafiə komitələri yaradır, xarici təşkilatlar qarşısında əzabkeşlər imici formalaşdırmağa çalışırlar.

Məsələn, onlar dəfələrlə xarici təşkilatlar qarşısında belə bir şüarlar səsləndirirlər ki, guya Leyla Yunus şəkər xəstəliyindən və böyrək çatışmazlığından əziyyət çəkir, həyat yoldaşı Arif Yunusun isə, sən demə ürəyində xəstəlik varmış. Məhz bu kimi şivənçilik metodları ilə "Azərbaycanda repressiya" olduğunu inandırmağa cəhd göstərirlər. Sən demə, Vətənin "mərd" oğul-qızlarının başında da Arif və Leyla Yunus cütlüyü dayanırmış (?!-R.).

Təəssüf ki, açıq-aşkar erməniyə işləyən bu mənfur cütlük xarici təşkilatlara belə tanıdılır. Üstəlik, belə tanıdılmalar arxasında qrantlar da əldə edilir. Məhz bu kimi ürəkbulandırıcı məsələlər ətrafında gah ABŞ hökuməti, gah "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı, gah da Avropa qurumları və oralarda uzun illərdir ki, yer eləmiş erməni lobbiləri dövlətə xəyanətdə ittiham edilən ermənipərəst Leyla Yunus və Arif Yunusun həbsindən "bərk narahat" olduqlarını bəyan edir, onların azadlığa buraxılmaları barədə bəyanatlar verirlər.

Demək, belə çıxır ki, bu gün ABŞ-da irqçilik faktorunun cücərdiyi bir zamanda buna etiraz edənlər həbs oluna bilər, Qərb mətbuatında konkret senzuralar tətbiq edilir və buna etiraz edən jurnalistlər siyahıya alınaraq məxfi orqanların nəzarətinə götürülə bilər, amma Azərbaycanda milli dövlətçilik maraqlarını satanlar dərhal azad olunmalıdır?! Demək, belə çıxır ki, Azərbaycana, dövlətə, iqtidara qarşı təhqir, böhtan yağdıran "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid tutulmamalı, Tbilisidə erməni kəşfiyyatıçısı İsparyanla əlaqə qurub Vətənə xəyanət edən Ruslan Bəşirli həbs edilməməliymiş.

Kimlərdir müdafiə edənlər - ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyov, "Milli Şura"nın sədri Cmil Həsənli. Yəni Rüstəm İbrahimbəyov açıq-aşkar Bakının ermənilər üçün darıxdığını deyir və erməniləri Bakının siması adlandırır. Yaxud da Cəmil Həsənli Rüstəm İbrahimbəyovun fikirlərinə şərik olduğunu deməklə, həm də öz qızını erməni əsilli bir şəxsə verib, hazırda da erməni aşnalarının maraqlarını təmin edir. Bax, budur fakt, budur dəlil, budur sübut! İndi belələrinin Azərbaycanın adından, milli mənafedən dəm vurmaları, ümumiyyətlə səmimi görünmür. Onlar yalnız ermnənilər qarşısında səmimi görünə bilərlər.

Digər xəbərlər