PDF Oxu

Köşə

  • 2 271

HAQQ BORCUM

HAQQ BORCUM

Uzun zamandır ki, bu sərsəri və xəstə ünsür özünü ictimai rəyə gah "müxalifətin əsas yazarı", gah "hüquq müdafiəçisi", gah "patriot" gah da "demokrat" qismində sırımağa uğursuz cəhdlər edir. Gah "köşələr" yazıb "jurnalist" olur, gah "hüquq müdafiəçisi" qismində xarici səfirliklərin qapısı qarşısına gedib "dvornyaşka" (süləngəc it) köpəkləri kimi dipkorpusların pilləkənləri üzərində yalmanır, gah da...

Ümumiyyətlə, sona qədər bir işin qulpundan yapışıb, hansı əməlin sahibi olmadığını dəfələrlə sübuta yetirən bu ünsürün adı Şahvələddir. Onun adı Şahvələd olsa da, mətbuat kuluarlarında özünün deyil, jurnalistlərin ona qoyduğu psevdonim, əslində ona daha çox yaraşır - GƏDA! Bəlkə də o, Şahvələd Çobanoğlu deyil, GƏDA imzasıyla yazı-pozularını ictimai rəyə sırısaydı, ortaya bir zad qoya bilərdi. Məsələn, deyirdilər ki, bu, əsl GƏDA yazısıdır...

Üstəlik bu GƏDA-nın özünü müxalifətin BAŞ GƏDASINA məxsus "Azadlıq" adlı tualet kağızında reklam etməsi adamın lap ətini tökür.

Çünki bu ünsürün ictimai rəyə sırımağa çalışdığı məsələlərin ona heç bir aidiyyatı-zadı yoxdur. Ona aidiyyatı olan əsas məsələ uzun illərdir ki, alnında daşıdığı "GƏDALIQ" möhürüdür. Amma necə deyərlər, taylı asqırıb, öskürüb və daha nə bilim nə isə edib tayını tapar. İndi bu da gedib öz tayı olan Əli Kərimlini, Qənimət Zahidi, Natiq Ədilovu tapıb. Düzdür o biri gədalar hazırda öz istəklərinə çataraq, xarici ölkələrə mühacirət ediblər. Amma bu, hələ ölkədədir. Bu GƏDA narahat olub ki, Emin Hüseynov nəyə görə 10 ay İsveçrənin səfirliyində qaldıqdan sonra getdi oldu mühacir, narahat olub ki, Leyla Yunus və Arif Yunus, Xədicə İsmayılova və sairələri niyə erməniyə işlədikləri halda, dövlətə, millətə xəyanət etdikləri halda azadlıqda deyillər, həbsdədirlər...Bəli, belə məsələlərə görə narahatlıq keçirənlər məhz GƏDALAR fəsiləsindən olan ikiayaqlılar ola bilərlər. Belə ikiayaqlı GƏDALARDAN biri və birincisi isə Şahvələd Çobanoğlu deyilənin biridir. Bu GƏDA həm də narahat olub ki, Bakıda I Avropa Oyunları baş tutdu və onun, onun ağalarının sözləri keçmədi. Narahat olub ki, Avropa Oyunlalrı başa çatdıqdan sonra belə, bu idman hadisəsinin möhtəşəmliyi barədə fikirlər səslənir. Yəni narahat olub əməlli-başlıca. Ona görə də gündə oturur kompüterinin qarşısında düşük-düşük, əttökən "köşəyazmaları" ilə vaxtını keçirir. Bilirsiniz hansı üsulla? Fahişəlik, əsl fahişəlik üsulu ilə. Biz bilən qədər, qadının fahişəsi elə fahişə kimi anlaşılır, amma "kişinin" fahişəsini izah etmək, onun necə olduğunu anlamaq, anlatmaq qeyri-mümkündür. Bax, həmin bu haqqında danışdığımız GƏDA da belələrindəndir - "kişi" fahişələrindən.

Özünə insan deyən şəxs nə qədər alçaq, rəzil və rüsvayçı olmalıdır ki, vətəninin, dövlətinin adı yüklsəldikcə, o, bundan narahat olmağa başlasın və hətta çörəyini yeyib, suyunu içdiyi dövlətin adına belə ironiya ilə yanaşsın. Tolerant, milli dəyərlərini və ənənələrini qoruyan, idmanı, və s. sahələri zaman-zaman inkişaf edən Azərbaycanın adına ironiya ilə başqa ad yapışdırmaq! Azərbaycanın Avropada ilk Oyunları keçirərək ikinci yeri tutmasından erməni köpəkləri qədər qeyzlənib, bu ölkənin adını lağa qoymaq! Ona bu ixtiyarı kimsə verməyib. Hansı ki, erməni köpəyi heş vaxt öz məmləkətinin adını lağa qoyub, onu ironiyalaşdırmaz. Məncə, burada təəccüblü heç nə yoxdur. Bu, GƏDALIQDIR! GƏDALARDAN isə hər cür fahişəliyi, düşüklüyü və şərəfsizliyi gözləmək olar. Çünki bunlarda şərəf deyilən şey olsaydı, zatən GƏDA olmazdılar.

Hə, onu da deyim ki, Şahvələd GƏDASININ cavab haqqını tanıyıram!

ÖZƏL QEYD: Şahvələd GƏDASI Əli Kərimli GƏDASININ "Azadlıq" adlı tualet kağızında bu dövlətin, bu ölkənin adını - AZƏRBAYCANI ələ salıb, "idmanistan" adlandırıb və lağa qoydu.

Mən də öz ölkəmi, Vətənimi, dövlətimi, millətimi sevən bir insan kimi, Şahvələd GƏDASINI lağa və başqa şeyə (!) qoymağa məcburam. Bu, mənə halal çörək verən, halal su verən doğma məmləkətim -ana Azərbaycanım qarşısındakı haqq borcumdur!