Rəhmətlik N.Nəcəfov haqq dünyasında "Azadlıq"da "yazanları", "yazılanları" görür və rahat uyuya bilmir. Elə rəhmətlik Elçibəy də onun kimi. Ə.Kərimli tərəfindən sui-qəsd edilərək, o dünyaya göndərilən rəhmətlik Elçibəy indi həmin bu Ə.Kərimliyə baxır, baxır, baxır və...Nə isə!
İndi bunlar qəzetin iflasını öz əlləri, öz əməlləri və öz "ağılları" ilə təmin ediblər. Təmin ediblər və başlayıblar bar-bar bağırmağa ki, bəs qoymayın, amandı, "Azadlıq" qəzeti bağlanır, qəzetin bank hesabına həbs qoyulur və s. (?!-R.). Nəticədə ömüründə bir dəfə də olsun xeyriyyəçilik etməyən "Azadlıq" dilənçilik edərək, camaatdan yığılacaq pullarla "xeyriyyəşilk kampaniyası" keçirtmək fikrinə düşür. Artıq neçənci dəfədir!
Gəlin məsələyə daha dəqiq yanaşaq. Bildiyimiz kimi, "Azadlığ"ın qara-qura işlərindən biri şantaj etməkdən ibarət olub. Görünür, "Azadlığ"a sərt sillə dəyən kimi, qəzet rəhbərliyi də sərt sillədən yaxa qurtarmaq üçün başlayırlar ona-buna əl açmağa. Yəni azsaylı oxucularından pul toplamaq kampaniyasına. Maraqlıdır, bəyəm "Azadlıq" qəzetinin filan qədər manatı yoxdur? Axı necə ola bilər ki, hər il İngiltərədəki ailəsinə filan qədər pul-para göndərən Ə.Kərimli arvadağasına Fransada parfümeriya butikləri açır, Azərbaycanda dərman ticarəti ilə məşğul olur, Bakı kəndlərinin birində bir neçə yüz minlik iqamətgahda yaşayır, amma beş-on manat tapıb, qəzetin borcunu-xərcini ödəmir?
Sonra da "Milli Şura"dakı dəyərsizlərini danışdırıb, "Azadlıq"dan pul dilənir. Dilənir ki, oxucular bu sarı mətbuatın qələtərini ört-basdır etsinlər. Axı nəyə görə?! Hansı səbəbdən, "Azadlığ"ın yediyi zibillərin pulunu həmin qəzetin oxucuları ödəməlidir?! Məgər həmin zibillər yeyilərkən, "Azadlıq" öz oxucuları ilə sazişmi bağlamışdı?! Axı nə üçün uzun müddət Fransada erməni lobbisinin qucağında mühacirət həyatı yaşayarkən, dəyəri 1000 dollarlıq fransız şərablarını həzmi-rabedən keçirən baş redaktor Q.Zahid indi həmin şərabların beş-onunun pulunu təzminata xərcləmək istəmir?! Məgər Q.Zahid və Ə.Kərimli doğrudanmı bu qədər simicdirlər?! Məsələ də bundadır. Məsələ bundadır ki, nəinki bir manatlıq, hətta bir qara qəpiklik qiyməti olmayan "Azadlıq" qəzetinin yediyi zibilin bahasını oxucularına ödətməyə heç bir haqqı yoxdur. Bir də ki, ay binəvalar, əgər zibili yeyə bilməyəcəkdinizsə, niyə ona tamah salırdınız axı? Yəqin "Azadlıq" dəyəri olmayan kağız parçası olduğunu bildiyi üçün tamahını zibilə-filana salır.