Bir də görürsən ki, Bakının küçələrinin birində saçlarından çömçərquyruğa oxşayan bir qız uşağı əlindəki mikrofonu hansısa yaşlı bir adamın sözün həqiqi mənasında ağzına soxur. Bu kim ola bilər axı..? Uzun müddət düşünməyə ehtiyac qalmır, əlindəki mikrofunun üstündə "Meydan" TV sözlərini oxuyandan sonra hər şey anlaşılan olur. Müxbir qız yaşlı kişini məcbur edir ki, danış, özü də elə sözlər de ki, hakimiyyətin əleyhinə olsun. Hansısa qatıq satan, qıfıl düzəldən, süpürgəçi birinə yaxınlaşıb əsl dona girirlər. Yadımdadır ki, qatıq satan bir arvaddan əl çəkməyən "Meydan" TV-nin əməkdaşına həmin bu arvad demişdi ki, "ay qızım, bu ölkədə qatıq satan da olmalıdır, ya yox?" Həqiqətən də, bu ölkədə qıfıl düzəldən, ayaqqabı yamayan, qatıq satan, kanduktorluq edən və daha kimsələr olmasa, necə olar? Axı bütün dövlətlər kimi Azərbaycanın da süpürgəçisindən tutmuş pinəçisinə qədər hər kəsi olmalıdır, ya yox? Di, bundan faciə düzəltmək elə onların özləri üçün Gürcüstana bilet almaq qədər asandır. İndi baxın görün, sonu necə olur? Gürcüstana gedə bilirlərmi?
Narazılıq edirlər ki, Natiq Cavadlı, Şirin Abbasov, Aytən Fərhadova və Elnur Muxtarovu qatardan düşürüblər. Bax ha, məgər bizim gömrükçülər bilmirlərmi ki, Natiq Cavadlı 4 qat "həcı", 3 qat mayallaqçı və nəhayət, "sovet imperiyasının qənimi oluuuuub?" Məgər bilmirlərmi ki, 5 qat "həcixanım" Aytən Fərhadova istəsə, bomba qoyub bu dünyanı dağıdar? Hələ Elnuru, Şirini demirəm. O yadplanetlilər var ha, bilsələr ki, Elnuru, Şirini sərhəddən buraxmayıblar, ölkəmizə nüvə atacaqlar, atom buraxacaqlar. Pırpızbaş Mehman Hüseynovun yəqin xəbəri yoxdur. Yoxsa çoxdan "Sahil" bağına gəlib bu məsələyə özünəməxsus şəkildə bir münasibət bildirmişdi.
Bir ara Ukraynanın "Maydan"ına yaman daraşmışdı bizim bu "meydançılar". Zalım uşaqları maraqlı adları hardan tapırlar, bilmirəm.