PDF Oxu

Köşə

  • 2 164

OBAMANIN GÖRƏCƏK GÜNLƏRİ...

OBAMANIN GÖRƏCƏK GÜNLƏRİ...

Dünyaya demokratiya ixrac etdiyini iddia edən dövlətin başçısı, ancaq ağı-qaradan, qaranı da ağdan seçə bilməyən, bəlkə də seçə bilib, ancaq bunu bilməməzlik kimi göstərən Barak Obamanın qabaqda hələ görəcək günləri varıymış. Özü də bu görəcək günləri ona heç kim deyil, məhz özü yaşadıb. Məsələ ondadır ki, bir neçə gün öncə eynicinslilərin evlənməsinə, yəni homoseksualların və lesbiyanların "zaqsa" gedərək, nikahlarını rəsmiləşdirmələrinə verilən rəsmi icazə Amerikanın başbiləninə baha başa gəlib. Zimbabvenin 91 yaşlı prezidenti Robert Muqabe ona - Barak Obamaya evliik təklifində bulunub! Yəni ki, nikah bağlamaq istəyini bəyan edib. Baxaq görək, zimbabveli Muqabe kişi özündən az qala 45-50 yaş balaca Obamaya nə deyib. Sitat: "Belə nəticəyə gəlmişəm ki, əgər prezident Obama eynicinsli nikahları təşviq edirsə və homoseksualları müdafiə edirsə, əgər buna ehtiyac olarsa, mən Vaşinqtona gedərəm və diz üstündə ona evlənmək təklif edərəm". De hı!!! De hı ona görə ki, ay Obama, axı sənə bu lazımıydımı? Lazımıydımı ki, gözünün qırağı ilə də ciddiyə alıb baxmadığın bir dövlətin başçısı sənin "quqquluquların" evlənməsinə müsbət yanaşmanı bu cür tənqid etsin?

Şəxsən mən Zimbabvenin prezidenti Muqabe dayını Obamaya etdiyi ironiyalı nikah təklifinə görə qınamıram, üstəlik alqışlayıram! Alqışlayıram ona görə ki, o, bununla demək istəyib ki, ay Barak, ay uşaq, Allahından, imanından qorx əgər varındısa. Bu qədər Allahsızlıq etdin, ancaq bundan ötəsinə getməməliydin. İndi ki, sən "quqquluquları" dəstəkləyirsənsə, onda gəl mənimlə evlən və gecə-gündüz nə qədər istəyirsənsə quqquluqululuq elə...

Yeri gəlmişkən, bu, həmin Muqabe dayıdır ki, hələ 2010-cu ildə "geylərin itlər və donuzlardan pis" olduğunu demiş və Zimbabvenin konstitusiyasında homoseksualların hüquqlarını təsbit etməkdən qəti şəkildə imtina etmişdi.

İndi Obamanın LGBT bayrağı fonunu "Ag Ev"in divarlarına şüalandırması artıq onun bundan sonra atacağı hər hansı bir addımının sığortalı olmadığını təsdiq edir.

Hə, bu arada Obamanın xanımı Mişel xalaqızı da "Ağ Ev"də mövcud olan uzun illik qadağanı ortadan qaldırmağa nail olub. O, Kapitoliyada foto qadağasının ləğv edildiyini açıqlayıb. Hətta bu barədə instagram hesabında video paylaşan Mişel xalaqızı yazıb: "Böyük xəbər! Bu gündən etibarən biz "Ağ Ev"də ekskursiya zamanı bütün kamera, foto qadağalarına son qoyuruq. Ziyarətçilər "Ağ Ev"də şəkil çəkdirərək həmin xatirələri bütün ömürləri boyu özlərində saxlaya biləcəklər"

Mişel həmin videoda xanım "Şəkil çəkdirmək olmaz!" yazılı plakatı da ortadan cırıb. Burada da de hı! De hı ona görə ki, yəqin ABŞ-da Obamanın qəbul etdiyi məlum qərara qədər, yəni eynicinslilərin nikahlarına icazəni verən qərarın qəbul olunmasına qədər "Ağ Ev"in içində çalışan lesbiyan və homoseksuallar öz əməllərini gizli şəkildə icra edirmişlər. Yəni foto və video çəkilişləri onları ifşa edə bilərdi. Ancaq bundan sonra hər şey açıq-saçıq, demokratik, hətta psevdodemokratik olacaq! Məsələn, gedəcəksən "Ağ Ev"i ziyarət etməyə və görəcəksən ki, Oval kabinetin düz astanasındaca birinin başında gəlin fatası olmaqla, iki "kişi" sanki 1000 ildir görüşmürlərmişlər kimi bir-birlərini üç öpüb, bir dişləyirlər. Sən də rahat şəkildə onların şəkillərini şəkib orda-burda paylaşacaqsan. Bə nədi, əsl, real, faktiki "demokratiyadır" da bə!

P.S. Şəkil demişkən, Obama məlum qərarı imzaladıqdan sonra, facebookda bəzi "kişilərin" öz şəkilləri fonunda LGBT bayraqları qoyduqlarını gördüm. İsa Qəmbərin oğlu Turqut da həmin bayrağa sarılmışdı. Tfu, lənət olsun, sonra da deyirlər ki, İsa Qəmbər hacıdır...

Digər xəbərlər