PDF Oxu

Köşə

  • 5 216

Saxtakar Kərimli

image

Sirr deyil ki, AXCP sədri zaman-zaman siyasi fırıldaqları ilə yanaşı, şəxsi mənfəətlərini də artırmaqla məşğul olub. Düzdür, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes qurmaq, maddi gəliri artırmaq üçün hər bir vətəndaşa kifayət qədər imkan və şərait yaradılıb. Ancaq bu o demək deyil ki, sən bu imkanlardan sui-istifadə edərək, dövlətə xəyanət yolu tutasan. Məsələn, götürək AXCP sədri Əli Kərimlinin dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə və digər maddələrlə ittiham olunan, barəsində məhkəmə hökmü çıxarılan qaynı Elnur Seyidov məsələsini...

Bank saxtakarlığı

AXCP sədri Ə.Kərimli qaynı, keçmiş "Texnikabank"ın Yasamal filialının sabiq müdir müavini E.Seyidov barəsində çıxarılan məhkəmə hökmünə qarşı cəfəng iddialarla çıxış edirdi. Cinayətkar qaynının aydan arı, sudan duru olduğunu isbatlamağa çalışan Kərimli və onun saxtakar mafiyası, üstəlik, bu məsələni öz təbirincə siyasiləşdirməyə də çalışdılar. Yəni AXCP sədri özünü ortaya ataraq, guya hakimiyyətin ondan qisas aldığını iddia ediri. Gülüncdür, deyilmi?

Əslində, AXCP sədri saxtakarlıqlar yolu ilə partiya rəhbərliyində qalarkən bilməli idi ki, onun tərəfindən xəstələndirilən beş-on nəfər belə kəsləri "xalq" adlandırmaq onun "imtiyazında" olmayan məsələdir. Məhz onun günahı ucbatından həbsxanalara düşən beş-on nəfərə "xalq" deyə müraciət etmək heç bir çərçivəyə sığmır.

Saxta parofil saxtakarlığı

Hələ bir müddət öncə Ə.Kərimlinin saxtakarlıqları barədə danışan keçmiş müavini Razi Nurullayev də demişdi ki, AXCP sədri yalnız bank məsələlərində deyil, sosial şəbəkədə də saxtakarlıqlarla məşğuldir. Misal üçün, R.Nurullayev bildirib ki, sədr ona saxta profillər açmaq üçün tapşırıq verib. O da ki, öz növbəsində 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırsınlar. Əslində, bu da əsassız ittiham deyil. Ə.Kərimli müxalifətin lideri ola bilməz! Ə.Kərimlinin müxalifətdə lider olmaq cəhdlərinə gəlincə isə, müxalifətdə heç kim lider ola bilməz, hər kəs öz partiyasında lider ola bilər. Müttəfiqlik var və əgər kimsə müttəfiqlikdə özünü lider hesab edirsə, deməli, səmimi deyil. Necə olurdu, Ə.Kərimli R.Nurullayev yanında olanda fəxr edirdi ki, ən yaxşı kadrımdır. İndi Razi gedəndən sonra hakimiyyətə işləyən olub? Axı sənin nüfuzun onların sənin yanında olmağı ilə bağlı idi. Bu, düzgün məntiq deyil axı, deməli, sənin gücün yox imiş. Əgər sənin ətrafındakı adamların hamısı hökumətə işləyirsə, demək, faktiki olaraq sənin öz gücün yoxdur...Bəlkə bunu saxtakarlığını da etiraf edəsən, Ə.Kərimli?

Digər xəbərlər