Azərbaycanın çörəyini yeyib, suyunu içərək böyüyən, adam içinə girib özünü adam sanmağa başlayan, sonradan isə bütün bunları unudaraq, yediyi çörək və içdiyi su qabına qudurğancasına şıllaq atıb aşıranlar o qədərdir ki! Bu gün xarici dövlətlərə müxtəlif həyasızlıq, şivənlik, başa tumançəkənlik yolları ilə mühacirət edib öz ölkəsinə qarşı düşmən mövqeyi göstərənlər təəssüf ki, var. Onlar hələ də özlərinə "azərbaycanlı" deməkdədirlər. Hansı ki, belələrinin bu millətin adını daşımağa heç bir mənəvi haqları yoxdur. Qalmayıb həm də ona görə ki, belə "azərbaycanlı"ların siyasi mühacir olmalarına təkan verən daha bir güc onlarda mövcud olan tükənməz erməniçilik sevdasıdır. Bəli, onlar bu gün erməni deyilən bir bici, nəsli-kökü bilinməzi azərbaycanlı deyilən bir qeyrətlidən daha artıq tutmaqla, əslində, nə qədər mənəviyyatsız olduqlarını göstərirlər. Təbii ki, mənəviyyatı, şərəfi, ləyaqəti olmayandan başqa heç nə gözləməyə dəyməz.
Yeri gəlmişkən, elə bu aralarda adını "Meydan TV" qoyub, siyasi madyanlıqları vasitəsilə çox sevdiyi, ayaqları altına düşdüyü, hətta filan-fulan yerlərini dəsmalladığı erməni dayılarına nökərçilik edən Emin Millinin gerçək qohumları ondan imtina etdikləri barədə bəyanat yayıblar. Təbii ki, həmin bəyanatın köklü səbəbi də onun bu millətə, bu xalqa xəyanəti ilə bağlıdır. Onlar prezidentə müraciət edərək, Emin Millinin anti-Azərbaycan siyasətini dəstəkləmədiklərini və onu Azərbaycana xəyanət etdiyinə görə qohumluqdan çıxardıqlarını bəyan edirlər. Beləliklə, məsələ aydındır. Artıq E.Millidən onun qohum-əqrəbaları da imtina edib. İmtina edilmiş E.Milli artıq rahat şəkildə gedib özünə erməni qohumları seçə bilər. Üstəlik, Abdullayev soyadını da erməniləşdirib, olar Abdulyan Emin Paşayeviç! Özünə götürdüyü "milli" psevdonimini isə çevirər Hayka - erməniyə… Məsələn, Emin Hayk! Necə də yaraşır, deyilmi?
Əslində, bu şərəfsiz meydanda tək deyil. Onun kimi bir çoxları var ki, qohumları onlardan imtina edir, onlar rədd edilir və qəbuledilməzlikləri ilə bərabər unudulurlar. Çünki belələrini unutmaq daha yaxşıdır. Misal üçün, Rüstəm İbrahimbəyovdan imtina edən qardaşı Maqsud İbrahimbəyov, Qənimət Zahiddən imtina etmiş qardaşı Mirzə Sakit…
İndi isə qayıdaq E.Milli məsələsinə. Bu məsələnin də kökündə dayanan digər amillərdən biri də radikalizm amilidir. Misal üçün, bu gün E.Millini, Rüstəm İbrahimbəyovu, Qənimət Zahidi müdafiə edənlər kimlərdir? Elə onlar kimi erməniyə dayı, əmi, hətta ata deyən axecepenin baş çaqqalı Əli Kərimli və onun çar-çaqalları. Gəlin görək, adları çəkilənləri ölkə cameəsində başqaları dəstəkləyirmir? Əsla! Çünki yaxşı bilirlər ki, belələrinə dəstək vermək elə erməniyə qardaş, bacı, dayı, əmi demək kimi bir şeydir. Amma bunlar deyir! Çünki ermənilər bunları yedirdir, içirdir, lazım gələndə də … Beləliklə, əlavə şərhə də, məncə, heç bir ehtiyac qalmır. Hər halda kor-kor, gör-gördür. Əgər xəyanətkarlardan qohumları belə imtina edirlərsə, bu zaman min el o tərəfə yad olanların həmin xəyanətkarları bərk-bərk tutub dəstəkləmələri arxasında nə qədər şərəfsizliklərin dayandığını dəyərli oxucularımızın özləri qiymətləndirsin…