PDF Oxu

Köşə

  • 2 758

Utanc hissi duyuram!

image

Uzun illərdir ki, Qərbdə oturub Azərbaycan siyasətinə baş qoşanların nəyə görə bunu etdikləri barədə uzun-uzadı danışmağa, məncə, dəyməz. Bilən bilir ki, belələri Qərb ölkələrində çörəklərini-sularını hansı üsullarla qazanırlar. Hətta bilən onu da bilir ki, fiziki fahişəlik edənlər, bədənlərini bazara çıxaranlar belələrindən qat-qat şərəflidirlər, nəninki şəxsi maraqlarına görə milli-dövltçilik maraqlarını satanlar! Bu gün Emin Milli, Qənimət Zahid kimiləri ikincilər sırasında birincilik əldə ediblər. Buna kimsənin şəkki-şübhəsi olmasın gərək. Yəni onlar da milli-dövlətçilik maraqlarını sataraq, bədənlərini satan fahişələrdən daha betər fahişələr qrupuna aiddirlər. Bunun isə sübutu göz önündədir.

Deməli, Emin Millinin yaxın qohumları (23 nəfər!-R!) ondan imtina barədə bəyanat yayıblar. Yəni bunu yenidən xatırlatmağa lüzum da yoxdur. Sadəcə, onun qohumlarının bu addımları nədənsə müxalifətin radikal qanadını dəstəkləyənlərin xoşuna gəlməyib. Biriləri - daha dəqiqi Ərəstun Oruclu dərhal facebookdakı klaviaturalara vəhşicəsinə hücum çəkərək yazıb ki, sən demə Emin Millinin 23 qohumunun müraciəti "tarixi bir sənəddir və bu, Azərbaycanın yeni tarixinin ən utancverici faktlarındandır"(?!-R.). Maraqlıdır, birinin qohumları ondan imtina edir və nəyə görə imtina etdiklərini də açıq şəkildə bəyan edir, imtina olunana heç bir qohumluğu çatmayan digəri az qala cırılıb-didilir ki, bu, doğru deyil. Niyə, cənab Oruclu? Qohumlar arasında baş verən ixtilafdan sənə nə, cənab Oruclu? Yaxud axı bunun sənə nə istisi-soyuğu var axı, cənab Oruclu?

Hələ bu harasıdır, acqarına gündə yüz dəfə "Azadlıq" qızetinin səhifəsinə çıxıb poza verən Ərəstun Oruclu baş verənlərdən dolayı bunun hakimiyyət tərəfindən planlaşdırılmış əməl olduğunu həyasızcasına iddia edir, bu səbəbdən də Azərbaycan vətəndaşı olmasından utandığını da dilə gətirir!

Nə qədər çətin olsa da, rəzil ifadənin rəzil sitatına nəzər salaq: "Şəxsən mən həyatımda ilk dəfədir ki, bu ölkənin vətəndaşı olduğuma görə xəcalət hissi yaşayıram..." Və üstəlik bunu emosiyaları ilə bağlı olmadığını da dilə gətirir. Şərhə keçməmiş daha bir məsəl - fahişələri dəstəkləyən birində "xəcalət hissi" olmasına qətiyyən inanmıram!

Bəri başdan deyək ki, başda Ərəstun Oruclu olmaqla, AXCP sədri Əli Kərimli, onun ətrafında müxtəlif havalar altında oynayan, oynadılan dür-düdükləri elə bu ölkənin vətəndaşı olmasalar, daha yaxşıdır. Çünki bir halda ki, biriləri bu Vətəni elə hey satıb, satıb, satıb...və satmaqdan usanmırlarsa, belə satqınların Vətənə layiq olmamaları, əslində, daha yaxşıdır. Bu gün dövlətini sevən normal vətənaş belələri ilə vətəndaşlıq mövqeyini bölüşdürmək istəməz. Ona görə də xəcaləti biz çəkməliyik ki, Azərbaycanın belə vətəndaşları hələ də bu ölkənin havasını udur, suyunu işir, çörəyini yeyirlər. Daha sonra isə bu ölkədəki digər satqınları, katrof-soğan kimi ona-buna satılan siyasi satlıq malları müdafiə edərək, ağızlarına gələnləri gəvəzələyirlər!

Bu gün Qənimət Zahidi dəstəkləyənlərin, Leyla Yunusa tərəfdar çıxanların, Xədicə İsmayılı öz doğma ana-bacısından belə artıq sevənlərin, Rüstəm İbrahimbəyova ağsaqqlad deyə müraciət edənlərin hər biri eyni məcrada qaynayan siyasi satlıqlar toplumudur ki, elə onların hamısını birdəfəlik bu ölkədən iti qovan kimi qovmaq lazımdır. Ellikcə, böyük, nəhəng xalq kütləsi ilə! Hər halda onların hər birinin dilindən bu millətə, bu dövlətə qarşı iyrənc kəlmələr səslənib. Qənimət Zahid Ermənistandakı demokratik mühitə qibtə etdiyni deyib, Leyla Yunus yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını bəyanlayıb, onun qızı Dinara şəhidlərimizin ruhunu təhqir edib, "daha çox gəbərsinlər" deyib, Xədicə İsmayıl "lazım gələrsə erməni sevgilimlə də bir yastığa baş qoyub yataq macəralarımı videoya çəkdirərək hər kəsə nümayiş etdirərəm" deyə hayqırıb, Rüstəm İbrahimbəyov isə erməniləri azərbaycanlılardan ütsün tutaraq, elitar xalq adlandırıb. Və bütün bunların müqabilində onlar yenə də Ərəstun Oruclu sifətində olan fərdlər tərəfindən dəstəklənməkdə davam edilirlər. Qoy edilsinlər. Edilsinlər ki, biz də xalq, millət olaraq belələri ilə birgə bu ölkədə yaşamaqdan utanc hissi duyub, onları bu müqəddəs məmləkətdən dışlayaq, qovaq, rədd edək!