PDF Oxu

Köşə

  • 2 184

​İsa Qəmbər həyasızlığın son həddində

image

Nə siyasət, nə də xalqın vəkili olmaq İsa Qəmbər, sənin girə bildiyin kol deyil!

Əslində, Müsavatın eks-başqanı İsa Qəmbərin nəninki bu xalq, bu millət qarşısında, o cümlədən vaxtilə rəhbərlik etdiyi partiya qarşısında da günahları böyükdür. Hətta o qədər böyükdür ki, indi orada baş verən proseslərə nəzər saldıqca, həmin günahlar daha çox görünməyə başlayıb. Ancaq di gəl ki, İsa Qəmbər o günahları boynuna almır. Nəinki boynuna alır, hələ utanmadan deputat olmaq da istəyir. Əgər İsa Qəmbərdə utanan üz olsaydı, çəkilərdi kənara, ömründə bircə dəfə də olsa, törətdiyi günahını boynuna alaraq, həm müsavatçılar, həm də xalq qarşısında etiraflarını edərdi. Ancaq...

Qərəz, keçək əsas məsələyə. Müsavat partiyasının hazırkı vəziyyəti, baş verən istefalar, o cümlədən ziddiyyətli ittihamlara nəzər salarkən, bu günlərdə İsa Qəmbərin parlament seçkilərinə qatılmaq üçün Müsavat partiyasından namizədliyini irəli sürdüyünü bildirir. Həmçini açıqlayır ki, Müsavat daxilində gedən proseslərə rəğmən bu mübarizə iqtidarla Müsavat arasında olan məsələdir (?!). Fikir verin, Müsavat partiyası dağılır, parçalanır, məhv olur, İsa Qəmbər də bütün günahları atır iqtidarın üzərinə ki, sən demə oradakı narazılar hakimiyyətə işləyirmiş...Daha dəqiq desəm, Səxavət Əlisoy, Hikmət Hacızadə, Əlövsət Talışxanlı, Vurğun Əyyub, Qubad İbadoğlu və sair narazılar (həm də istefaya gedənlər) hakimiyyətlə iş birliyi quraraq, Müsavatı parçalamaq yolunu tutublar (?!). Ancaq İsa Qəmbər gedənləri ittiham edərkən, etiraf etməyə cürətlənməyib ki, əslində, Müsavatın parçalanmasında əsas baiskar məhz onun özüdür. Yəni partiyanı parçalayanlardan ən yekəsi elə İsa Qəmbərədir ki var! Bu gün İsa Qəmbər formal olaraq Müsavatın rəhbəri olmasa da, Arif Hacılını və onun tayfa komandasını qeyri-formal olaraq idarə edir. Üstəlik, Arif Hacılı ona ünvanlanan istefa ərizələrini qəbul etməkdə tərəddüd edərkən, İsa Qəmbər ona həmin istefa ərizələrinə qol qoymağa təhrik edib. Hələ MNTK-ni demirəm! MNTK da dərhal narazılara İsa Qəmbərin təkilfi ilə "hakimiyyətə işləyənlər" damğası yapışdırıb.

Göründüyü kimi, bu ifadələr onun nə qədər siyasi həyasız insan olduğunu üzə çıxarmış oldu. Baxın nə yazır İsa Qəmbər...

Müsavatın parçalanmasında əsas baiskar məhz onun özüdür

Bu gün Müsavatdan istefa verənlərin çoxu İsa Qəmbərədən də artıq müsavatçılardırlar desək, heç də yanılmarıq. Ona görə də İsa Qəmbər hər zaman olduğu kimi, öz günahlarını başqalarının üzərinə yaxmaqdansa, baş verənlərdə məhz özünün günahkar olmasını etiraf etməlidir. Yox, əgər etmirsə, buna cürəti çatmırsa, onda özü kimi anlamsız ifadələri ilə onsuz da bulandırmış könülləri daha da bulandırmasın və seçkiərəfəsi xalqın əsəbəlrini tarım etməsin və siyasətədən üzüsulu şəkildə ayrılsın. Çünki nə siyasət, nə də xalqın vəkili olmaq həqiqətən də, İsa Qəmbər, sənin girə bildiyin kol deyil!

Digər xəbərlər