Azərbaycanda parlament seçkiləri ili olsa da, partiyaların simasında seçki ab-havası müşahidə olunmur. Xüsusilə, müxtəlif partiya sədrləri bunu etiraf etsələr də, günahı yenə də xalqın üzərinə atmağa çalışırlar.
Ancaq bu iddiaları irəli sürənlər, yəni daha çox bu mövzu ətrafında var-gəl edən Əli Kərimli-Cəmil Həsənli cütlüyü hələ də anlamır ki, əslində seçki aktivliyi də siyasi aktivliklə bağlıdır. Bu faktorlar yoxdursa, onlar heç vaxt öz-özünə aktivləşə bilməzlər.
"Milli Şura" tərkibində olan partiyalar isə seçkiləri boykot etmək fikrindədirlər. Qurumun əsas partiyası olan AXCP-nin funksionerləri, seçkilərə qatılıb-qatılmayacaqlarını hələ özləri üçün dəqiqləşdirə bilməyiblər. Halbuki artıq seçkilərə hazırlıq prosesinin birinci mərhələsi sona çatmaqdadır.
Bu arada seçkilər öncəsi ölkədə yaradılan "Azadlıq-2015" blokunun da təzyiqi aşağı düşüb. Belə ki, blokda təmsil olunan AzDP sədri Sülhəddin Əkbər açıqlamasında seçkilərdə iştirak edəcəkləri ilə bağlı konkret qərar vermədiklərini söyləyib.
Qeyd edək ki, seçki kampaniyası başlamasa da artıq lider partiya olan Yeni Azərbaycan Partiyası seçkilərə ciddi şəkildə hazırlaşır. Ölkə vətəndaşları Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki aparıcı rolunu təsdiqləyir, partiyanın məqsəd və məramını dəstəkləyir. Bu da onu göstərir ki, həmişə olduğu kimi, qarşıdan gələn parlament seçkilərinə də ciddi hazırlaşan hakim partiya vahid siyasi qüvvə kimi prosesləri seçki qanunvericiliyinə uyğun şəkildə həyata keçirməkdə qətiyyətlidir. Beləliklə də seçki öncəsi Azərbaycanda müxalifət cəbhəsində siyasi durum yuxarıda qeyd etdiyimiz kimi, gözlənildiyindən də sönükdür. Bu sönüklük isə onların sonunun sürətlə yaxınlaşdığını şərtləndirir. Bu zaman sual yaranır ki, axı nəyə görə seçkilərə qatılaraq uduzacaqlarını bilənlər, eləcə də bu amili əvvəlcədən hiss edib, "boykot" oyunu oynayanlar birdəfəlik siyasi səhnədən getmək zamanlarının çatdığını anlamaq ismirlər? Yəni buna da gücləri çatmır?
Əlbəttə ki, onların siyasi arenada qalmalarının əsas iddiası bundan sonra da müxtəlif siyasi proseslər zamanı ağalarına nökərçilik edib, pul-para qazanma həvəsləridir. Bu həvəs onlarda artıq 22 ildən çoxdur ki, davam edir. Ancaq bu dəfə belə olmayacaq. Xalq belə "siyasi" fırıldqçıları öznüdən seçki yolu ilə uzaqlaçdıracaq. Artıq cəmiyyət də yeni müxalifətin vacibliyini dərk etdiyi üçüb belə dəyərsiz, xəyanətkar müxalifətdən uzaqlaşmağı qətiləşdirib.