PDF Oxu

Köşə

  • 2 400

İsa Qəmbərin "rəhmətə" getməsindən 12 il keçir

image

İndi vəziyyət o qədər qarışıqdır ki, kimin ölü, kimin diri olduğunu aydınlaşdırmaq müşkül işə çevirlib. Amma NİDA-çı Zaur Qurbanlı tanıdıqlarımızdan birinin ölü, ya da diri olduğuna tam aydınlıq gətirib. Z.Qurbanlının Müsavat partiyasının lideri İsa Qəmbər barədə paylaşdığı status o qədər böyük maraqla qarşılanıb ki, İsa bəyin özü də bu statusa reaksiya verib. Z. Qurbanlı 16 oktyabr 2003-cü ildə baş verən hadisələrə eyham vuraraq "İsa Qəmbərin siyasi olaraq rəhmətə getməsindən 12 il keçir, ruhu şad olsun, amin" paylaşdığı statusdan sonra İ. Qəmbərlə maraqlı dialoq baş tutub. İ. Qəmbər bildirib ki, ilk dəfə 1990-cı ilin yanvarından sonra dedilər ki, Əbülfəz Elçibəy və İsa Qəmbər(ov) siyasi meyitdir: "Mark Tven demişkən, "mənim ölümüm barədə şayiələr bir qədər şişirdilib. 25 ildən çoxdur ki, mən bu şayiələrə baş qoşmuram, fəaliyyətimə davam edirəm. Eyni zamanda, səbrlə yenilərin doğulmasını gözləyirəm. İnşallah, doğularlar". Z.Qurbanlının İsa Qəmbərin mövqeyinə rəyi isə bu dəfə daha maraqlı olub: "Məncə, artıq doğulmuşları görmədən bunu arzulamaq özü də artıq siyasətdə olmadığınızı göstərir. Çox istərdim ki, siyasətçi məsuliyyətini kənara qoyub bu barədə yazasınız, Azərbaycan bu yazıdan çox şey qazanardı". Bu yazışmaların ardınca İ.Qəmbərin adamları Zaurun ünvanına ağızlarına gələn hər "şeyi" yazdılar. Məsələn, bir nəfər yazır ki, "Zaur Isa Qəmbəri dərk edə bilməz, yəqin özü ölü doğulub".

Müsavat partiyası seçkidə iştirak etməkdən imtina edəndə, müsavatçıların başbilənləri mətbuata açıqlama verdilər ki, seçki ədalətsiz olacaq, ona görə iştirak etməyəcəyik. İndi də şərt qoyurlar ki, bir şərtlə iştirak edə bilərik: müsavatçılara İTV-də pulsuz efir vaxtı verilsin. Görünür ki, AXCP Müsavatın xahiş etdiyi sujetləri canladırıb "Azərbyacan saat"ında, türk kanalında həftədə bir dəfə yayılmanan verilişdə işıqlandıra bilmir. Elman Fəttah da deyirmiş ki, AXCP-nin acığına televiziya açaq, adını da Müsavat TV qoyaq. Tutaq ki, açdınız, kim və nədən danışacaq? Qəzetləriniz kimi TV-ləriniz də cəbhəçilərlə dava-dalaşa sərf olunacaq.

Bir maraqlı faktı deyim. Deməli, Nurəddin Məmmədlini hər biriniz çox yaxşı tanıyırsınız. Sən demə, bu adam Z.Qurbanlını paylaşdığı statusu səhv anlayıb. Elə başa düşüb ki, İsa Qəmbər, həqiqətən də ölüb. İlk telefon açdığı şəxs Əli Kərimli olub, deyirlər. AXCP sədri də müavinin bu hərəkətinə gülüb. Nurəddin dirəşib ki, "and olsun Allaha ki, İsa bəyi iki-üç gün bundan əvvəl görmüşəm".

Camaatın başı seçkiyə qarışıb, Astara sakinləri də böcək axtarır. Rayonun Şikəkaran kəndinin Yunus adlı sakini 2 ədəd nadir böcək tapıb. Deyirər, guya bu böcəyin xaricdə 90 min dollar qiyməti var. İndi bütün Astara ayaq üstündədir. Kəndlərdə hərə əlinə bir bel alıb həyət-bacasını eşib dağıdır ki, böcək tapsın.

Digər xəbərlər