PDF Oxu

Köşə

  • 2 873

Qızın iki adaxlısı var

image

Bütün xalq seçkiyə hazırlaşır, sözün həqiqi mənasında ölkəmizdə çox önəmli hadisələr baş verir. Kaş, müxalifətdə də bir önəmli olay olaydı. AXCP-nin dünyada analoqu yoxdur, Əli Kərimli həmişə düzgün buyurub ki, rəhbərlik etdiyi partiyanın yolunu heç bir partiya gedə bilməz. Bəs AXCP-nin analoqluğu nədədir? AXCP-ni analoqsuz edən, ilk növbədə bu partiyada bir dənə də olsun normal insanın olmamasıdır. Bunu tam səmimi deyirəm, heç kim ağız əyməsin. Ən xırda cəbhəçi belə heç kimi bəyənmir, kim onlar kimi düşünmürsə, bu xırda cəbhəçi həmin adamın ailəsinə qədər söyür. Bu azmış kimi sosial şəbəkələrə çıxarıb biabır edirlər. Məgər cəbhəçi kimi düşünməmək günahdırmı? YAP-ın üzvü olan doğma xalasının şəklini facebookda yerləşdirib təhqir edən cəbhəçilərdən başqa nə desən gözləmək olar. Dünyada analoqsuz yeganə partiyadır ki, bir nəfərə 10 ədəd partiya üzvlüyü vəsiqəsi verilir və dəftərdə rəqəmlə yazılır ki, guya AXCP-nin 100 mindən artıq üzvü var. Bəli, analoqsuz olan yeganə partiyadır ki, 1 sədr, 4 müavin, 2 müşavir və 5-6 qohum-əqrəbadan ibarətdir. Yeganə partiyadır ki, nə istədiyini və hansı hakimiyyətə iddialı olduğunu bilmir. Yeganə partiyadır ki, 15 il ərzində Milli Məclisə bircə deputat belə sala bilməyib, hökumət qarşısında heç bir təkliflə çıxış etməyib.

2000-ci ildən bu günə qədər AXCP bir neçə yerə şaqqalanıb, tərkibindən o qədər qollar haçalanıb ki, indi qolsuz qalıb. Son yarpaqları da Razi Nurullayevlə getdi. Razi deyir ki, Əli Kərimli bilməlidir ki, əsl AXCP onun rəhbərlik etdiyidir. Bir sözlə, AXCP adına iki namizəd var, necə deyərlər, qızın iki adaxlısı var. Məşədi İbad kimi ortada pulu itirən ya Əli Kərimli olacaq, ya da ki, onun xarici qağaları... Razi deyir ki, əsl müxalifət bizik. Gülağa Aslanlının "madam ki, elədir, o zaman gəlsin yoxlayaq" deməsi lap əttökən olub. Ay Gülağa bəy, necə yoxlayacaqsan bunu? Uşaq vaxtı öyrəndiyimiz "ya bundadır, ya bunda, halva çörək tükanda, Allah baba deyir ki, bun-da-dıııı...." prinsipi iləmi yoxlayacaqsınız?

Pakistanın Müdafiə Nazirinin dediklərini oxuduqca böyük fərəh hissi keçirdim. Görün nə deyir: "Azərbaycan və Ermənistan arasında son günlər yaranan gərginliyi nəzərə alaraq və Azərbaycanın ən yaxın dostu olaraq 100.000 nəfərəlik qoşunu hazır vəziyyətə gətirmişik. Əgər müharibə xəbəri alsaq, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə döyüşməyə hazırıq. Bizə lazım olan, sadəcə müharibə xəbəri almaqdır. Gerisi ordularımızın işidir".

Digər xəbərlər