PDF Oxu

Köşə

  • 2 318

Əli Kərimli niyə rədd edilir?

image

Bu gün Əli Kərimli dedikdə, ağıla gələnlər bu faktlardır - AXCP sədri AXC hakimiyyəti dövründə dövlət katibi postunu tutsa da, Elçibəyə qarşı aparılan rəzil və alçaq təbliğatın başında dayanan, satqınlıq simvolu. Bu gün reallığı bilən əksər cəbhəçilərin çoxu Əli Kərimli kimi birisinin AXCP-yə sədrlik etməsinə təəssüflənirlər. Yəni bu gün Azərbaycan müxalifətində, xüsusilə radikallar içində hər cür insana - yalançı, keçmişi qaranlıq, bu günü müəmmalı, sabahı isə indidən bəlli olan adamlara rast gəlmək mümkündür. Məhz bu baxımdan, onların içərisində biri var ki, o, şəxs əlinə düşən hər fürsətdə dövlətçiliyə qarşı çıxmaqla yanaşı, ətrafındakı insanları min bir yalançı, şirnikləndirici vədlərlə aldadır, daim xalqın iradəsinə əks mövqe sərgiləyir. Əli Kərimli bu sıralamada uzun müddətdir ki, birinciliyi qoruyub-saxlamaqdadır.

Məhz AXCP sədri bu günədək yürütdüyü siyasətilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısa ömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, əslində isə bir-birlərindən xarici pulverənlərə kompramat ötürmək uğrunda mübarizə aparırlar. Hər bir tərəf bu mübarizədə önə çıxmaq barədə düşünür və bu məqsədlə əlindən gələni edir. Əli Kərimliyə yetirdiyi yarıtmaz və milli maraqlara ciddi şəkildə xələl gətirən siyasəti ucbatından hansı mənfi obraza yaraşan ad desəniz qoymaq mümkündür. Bu adamın keçmişi heç öz tərəfdarlarına belə, tam şəkildə bəlli deyil. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Belə ki, AXCP sədri o qədər mahir yalançı, o qədər mahir siyasi "moşennik"dir ki, ondan nə desən gözləmək olar. Bunu uzun müddət Əli Kərimlilə bir cəbhədə təmsil olunan siyasilər dəfələrlə bəyan ediblər. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müsahibələrində AXCP sədrini xəyanətin simvolu adlandırır və bunu "Ümid" partiyasının sədri İqbal Ağazadə də deyir, ADP sədri Sərdar Cəlaloğlu da deyir, Müsavat başqanı Arif Hacılı da və siyahını artırmaq da olar. Bu səbəbdən indi Əli Kərimli müxalifət düşərgəsinin rədd olunanıdır.

Gördündüyü kimi, Əli Kərimli barəsində ancaq mətbuat deyil, həmçinin uzun müddət onunla bir düşərgədə təmsil olunan siyasilər də tənqidi fikirlər söyləyirlər. İnandırım sizi, bu gün Elçibəysevərlərin böyük əksəriyyəti Əli Kərimli kimi birisinin yenidən AXCP-yə sədrlik etməsinə təəssüflənirlər. Çünki artıq onun iç üzü bütün çılpaqlığilə açılıb cəmiyyətə təqdim olunub. Siyasi prosesləri mütəmadi izləyənlərə yaxşı bəllidir ki, AXCP sədrinin adı vaxtaşırı ayrı-ayrı müxalif partiya funksionerləri tərəfindən xarici fondlarla, Azərbaycan əleyhinə kompramat toplamaqda maraqlı olan beynəlxalq qüvvələr və mətbuatla işbirliyində hallanıb və açıq şəkildə bildirilir ki, Əli Kərimli məhz şəxsi və partiya maraqları naminə yeri gələndə dövlət və millət maraqlarını da sata bilər. Kim bilir, bəlkə də bu günə kimi bir neçə dəfə yox, dəfələrlə satıb...

Siyasətə AXC şinelindən gələnlərin əksəriyyəti birmənalı şəkildə bəyan edirlər ki, AXCP sədri aktiv siyasətlə məşğul olduğu dövrdən daim xarici fondlarla iş birliyində olub. Əli Kərimli AXC hakimiyyəti dövründə dövlət katibi postunu tutsa da, Elçibəyə qarşı aparılan təbliğatın başında dayanıb. Bu və sadaladığımız digər faktlar təsdiqləyir ki, AXCP sədri əvvəldən xəyanət yolunu tutub və bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir.

Ancaq nə qədər gec deyil, bu millət, Vətən, dövlət xainini siyasət arenasından kənarlaşdırmaqla yanaşı, həm də cəmiyyətdən təcrid etməyin zamanı çatıb. Çünki gec-tez o, törətdiyi bütün rüsvayçı, satqın və kirli əməllərinə görə cavab verməyə məhkumdur.

Digər xəbərlər