PDF Oxu

Köşə

  • 2 366

Nəyi itiririksə, ona restoran tikirik...

image

Ağdamlı bir dostumuz var, nədən danışırsansa danış, o, ancaq Robert Koçaryandan danışacaq. Özü də sitat gətirir: "Robert Koçaryan AŞPA-nın 27 iyun sessiyasında deyib ki, mən Qarabağda vuruşmuşam və bununla fəxr edirəm". Tomas De Vaalın "Qara bağ" kitabından sitatlar gətirir. Bu haqda o qədər danışır ki, arvadı, uşaqları, qohumları Robert Koçaryanı ondan yaxşı tanıyırlar. Gecə saat 4-də arvadını-uşağını yuxudan oyadıb "Qara Bağ" kitabının harasından sual versən, cavab verəcəklər. Kitabı oxumaqdan əzbərləyiblər. Bu yaxşı haldır.

Dünən mənə zəng etmişdi, "Laçın" restoranındakı qiymətlərin bahalığından danışır və gileylənirdi. Güclə sakitləşdirmişəm. Məgər burda qeyri-adi nəsə varmı? İşğal olunmuş bütün rayonlarımızın adına restoranlar, şadlıq sarayları tikilib. "Şuşa"sından tutmuş "Laçın"ına, "Zəngilan"ından tutmuş "Qarabağ"ına qədər meynyuda yüzlərlə yemək təklif edir. Amma bizim bu restoranlarda bir qab sup içməyə pulumuz çatmır. Necə ki, Şuşaya, Zəngilana, Laçına getməyə qeyrətimiz çatmır. Nə deyirsənsə, bu restoranlarda var, Mozambik küftəsindən, fransız püresindən, ingilis pitisindən tutmuş fil budundan katletə qədər hər şey var. Bir katlet yesən, bir stəkan su içsən, bir balaca da salat yesən, dədənin evi yıxıldı, maaşının 50%-ni qoyub getməlisən. Nəyimizi əlimizdən alırlarsa, dərhal həmin şeyin adına restoran açırıq, gəmi buraxırıq, konsert veririk, matəm təşkil edirik, kitablar yazırıq, yeri gəlsə pul da yığırıq. Məgər Həsən bəy Zərdabi olayı çoxunuza tanış deyilmi? Qarabağda yaşayan bir ermənidə-Mkrtıçda olan qeyrət hələ də bizim bəylərdə yoxdursa, o zaman səbrli olun, bir müddətdən sonra Həsən bəy Zərdabini də "vətən xaini" çıxardıb damğalayacağıq. Hələ ola bilsin ki, bəzi ağzıgöyçəklər H.Zərdabini korrupsiyada, rüşvətxorluqda, reketçilikdə, qanunsuz sahibkarlıqda ittiham etsinlər. 10 min baş heyvanı var, 10 qonşusu. Bu qonşulardan 8-i faktiki acından ölür, amma qoyununun bir qılından keçməz. Növbəti ziyarətə hazırlaşır, camaat gün ərzində 16 rükət bu isə, 36 rükət namaz qılır. Camaatı necə aldadırsa, o tərəfdəkiləri də elə aldatmağa çalışır. Məşhur bir sözü var, nə soruşursansa soruş, sənə bu cavabı verəcək: "Bu payızı yıxa bilsək, yenə yaz gələcək, bircə qışdan çıxa bilsək, hər şey düzələcək". Başına döndüyümün babaları Qarabağ bəyləri olublar, H.Zərdabi ilə bir dövrdə yaşayıblar. Hətta onu görüblər də.

Mən belə baxıram, deyəsən ermənilərin Qarabağı qaytarmaq niyyətləri yoxdur. Şuşada təzə bir universitet də açmağa hazırlaşırlar. Əgər biz qısamüddətli, amma sürətli müharibə etsək, erməniləri sülh masasına məcburən gətirə bilərik. Onlar xoşluqnan qanan deyil. Qətliamlar törədib torpaqlarımızı zəbt edənlər həqiqətəmi bu torpaqları qayataracaqlar? Özü də torpaqları işğal edənlərin hamısı Ermənistanda iqtidardadır. Müharibə yoxdursa, sülh çətin ola. Müharibə olmalıdır ki, məhv olsun, uduzsun, qırılsın və məcbur olub sənin "sülh masana" əyləşsin. Hələ bir boynuna böyük təzminat da yükləyirsən, çala-çala gedir. Almaniya İkinci Dünya müharibəsindən sonra ödəməli olduğu təzminatı 2010-cu ildə ödəyib qurtardı.

Digər xəbərlər