PDF Oxu

Mədəniyyət

  • 89

Sadıq Zərbəliyevə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Sadıq Zərbəliyevə həsr olunmuş yubiley gecəsi keçiriləcək
İyun ayının 1-də Beynəlxalq Muğam Mərkəzində tanınmış nağara ifaçısı, xalq artisti, Prezident təqaüdçüsü Sadıq Zərbəliyevin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə sənətkarın sənət dostları, tanınmış musiqiçilər çıxış edəcəklər. Beynəlxalq Muğam Mərkəzinin foyesində isə Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış, sənətkarın həyat və yaradıcılığına həsr olunan sərgi nümayiş etdiriləcək.

Digər xəbərlər