PDF Oxu

Mədəniyyət

  • 95

“Kitab bayramı - 2011”-in açılış mərasimi oldu

“Kitab bayramı - 2011”-in açılış mərasimi oldu
Filarmoniya bağında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin IV Ümumrespublika ənənəvi kitab bayramı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Kitab bayramı - 2011"-in açılış mərasimi keçirildi. Kitab bayramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yeni nəşr olunan kitabların sərgisi, müxtəlif mövzular üzrə ədəbiyyatların sərgilənməsi, təbliği, əyani və şifahi təbliğat vasitələrindən geniş istifadə olunması, respublika nəşriyyatlarında çap olunan kitabların satışı, N.Nərimanovun, M.S.Ordubadinin, C.Məmmədquluzadənin və C.Cabbarlının kitablarının sərgisi və s. nəzərdə tutulmuşdur. "Kitab bayramı - 2011" də, həmçinin, 11 Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin internet saytlarının təqdimatı keçiriləcək. Tədbirdə Yayım Assosiasiyası, "Ada", "Nil", "Dom russkoy kniqi", "Əli və Nino" kitab mərkəzləri, Akademiya Kitab Mərkəzi, "Nurlar", "Beşik", "Qlobal", "Qanun", "Qərb-Şərq", "Olaylar" və "Xəzər" nəşriyyatlarının yeni çap məhsullarının sərgisi həyata keçirilir. "Kitab bayramı-2011"-də Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin nəfəs alətləri orkestri, xalq çalğı alətləri ansamblı, kamera orkestri, simfonik orkestr, estrada ansamblı və mədəniyyət mərkəzlərinin muğam üçlüyü çıxış edəcək.

Digər xəbərlər