PDF Oxu

Mədəniyyət

  • 379

Sumqayıt musiqili Dövlət Dram Teatrında bayram konserti keçirilib

Sumqayıt musiqili Dövlət Dram Teatrında bayram konserti keçirilib
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında Respublika Günü münasibətilə bayram konserti keçirilib. Tədbirdə əmək kollektivlərinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ən müasir tarixinin təşəkkülü mərhələlərindən və onun inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan videofilm nümayiş etdirilib. Dövlət Musiqili Dram Teatrının solistləri Ülviyyə Novruzova, Vüqar Hacıyev, Zülfiyyə Sadıxova, Ramil Qasımov və Nərgiz Kərimovanın ifasında Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Fikrət Əmirov və Tofiq Quliyevin ariya, romans və mahnıları səslənib. Prezident təqaüdçüləri, beynəlxalq müsabiqələrin laureatları, gənc ifaçılar - pianoçu Fuad Əlizadə, skripkaçı Mustafa Mehmandarov Frederik Şopen və Ceyhun Abdullayevin əsərlərini tamaşaçıların mühakiməsinə veriblər. Sumqayıt musiqi kollecinin tələbələrindən ibarət simli kvintetlə "Şuşanın dağları" xalq mahnısını ifa etmiş xanəndənin çıxışı maraqla qarşılanıb. Konsert respublikanın xalq artisti Bilal Əliyevin ifasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mahnılarla başa çatıb. Böyük uğurla keçən konsertdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı Leyla Abdullayeva iştirak edibdir.

Digər xəbərlər