PDF Oxu

Mədəniyyət

  • 96

Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı-ölkələrinin mədəniyyət nazirlərinin konfransı keçiriləcək

Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı-ölkələrinin mədəniyyət nazirlərinin konfransı keçiriləcək
Ukraynanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində 2011-ci ilin 26-27 may tarixində Yalta şəhərində Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı-ölkələrinin mədəniyyət nazirlərinin konfransı keçiriləcəkdir. Konfransda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcəkdir. Yaltada keçiriləcək mədəniyyət nazirlərinin bu konfransında, həmçinin, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmer, Avropa Şurasının mədəniyyət siyasəti, müxtəliflik və dialoq bölməsinin müdiri xanım Katrin Merkle, Avropa Birliyinin Ukraynadakı Nümayəndəliyinin birinci katibi Holger Rommen, ekspertlər, PP2 layihəsinin koordinatorları və digər Kiyev Təşəbbüsü Regional Proqramı üzrə mütəxəssislər təmsil olunacaq. Konfrans zamanı "Kiyev Təşəbbüsü: inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti arasında sinerji - təcrübələr, problemlər və gələcək perspektivlər", "Kiyev təşəbbüsü regionlar üzrə mədəniyyət siyasəti: son zamanlar ərzində baş verən dəyişikliklər və çətinliklər", "Kiyev Təşəbbüsü: 2-ci Pilot Layihə (PP2): Tarixi şəhərlərdə mədəni irsin bərpa edilməsi" və "Qara Dəniz və Cənubi Qafqaz regionu mədəniyyət nazirlərinin Şurası konsepsiyası" kimi sənədlər müzakirə olunacaq.

Digər xəbərlər