“Gənc turist” klubları yaradılıb
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Sərəncamı ilə 2011-ci il Azərbaycan Respublikasında "Turizm ili" elan olunmuşdur.
Turizm sahəsinin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraq və meyillərini təmin etmək məqsədilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 15 aprel 2011-ci il tarixli 32 saylı əmrinə əsasən, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində "Gənc turist" klubları yaradılıb.
"Gənc turist" klubları dövlət siyasətinin həyata keçirilməsində gənclərin fəal iştirakını təmin etmək, onları bu sahənin inkişafına cəlb etmək və sistemli fəaliyyətlərinə zəmin yaratmaq istiqamətində mühüm addımlardan biridir. Habelə, turizm sahəsinə meyilli gənclərin savadlı kadr kimi yetişməsinə əməli köməklik göstərir.
Ümumilikdə, şəbəkəyə daxil olan mədəniyyət müəssisələrində 70 "Gənc turist" klubları yaradılıb. 869 nəfərdən ibarət "Gənc turist" klublarının üzvləri 12-17 və 18-25 yaş qruplarına bölünür.