PDF Oxu

Mədəniyyət

  • 150

Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Azərbaycan-Fransa Gənclik Assosiasiyası (AFGA) ölkənin bir sıra şəhərlərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində tədbirlər keçirəcək. Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (FATA) və Strasburq Azərbaycan Evinin əməkdaşlığı ilə Strasburq Universitetində "Qədim, müasir və gələcək Azərbaycan" mövzusunda sərginin keçirilməsi nəzərdə tutulmuşdur. İki gün davam edəcək tədbir zamanı qədim Azərbaycanın tarixini əks etdirən müxtəlif eksponatlarla yanaşı, Azərbaycan Fotoqraflar Birliyinin üzvlərinin müasir və keçmiş dövrə dair çəkdikləri fotoşəkillər, həmçinin, bir fransız turistinin Azərbaycana dair xatirə şəkilləri sərgilənəcək. Tədbirdə inkişaf edən Azərbaycanın gələcək perspektivlərindən bəhs edən videoçarxlar da nümayiş etdiriləcəkdir. Analoji tədbirlər Monpelye və Tuluza şəhərlərində də keçiriləcək. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın tarixi, milli irsi, özünəməxsus mədəniyyəti, eləcə də, inkişaf etməkdə olan turizm sektorunu Fransa ictimaiyyəti arasında təbliğ etməkdir.

Digər xəbərlər