“Əl-Mütənəbbi dünyası. Poeziya və hikmət”
AMEA Şərqşünaslıq İnstitutunda filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədovanın "Əl-Mütənəbbi dünyası. Poeziya və hikmət" adlı yeni kitabı işıq üzü görüb. Monoqrafiya orta əsrlərin ən böyük söz ustadlarından olan, adı Şekspir, Höte, Hüqo kimi dünya şöhrətli nəhənglərlə bir sıraya qoyulan Əbu ət-Tayib əl-Mütənəbbi kimi böyük bir sənətkarın şəxsiyyət və yaradıcılığının, şairin etik-fəlsəfi fikir və düşüncələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir, digər tərəfdən ərəb etik-didaktik düşüncəsinin əsas ideya istiqamətlərinin araşdırılması, onun nəinki ərəb ədəbiyyatında, bütövlükdə, dünya ədəbiyyatında əksinin izlənməsi baxımından da aktualdır. Təsadüfi deyil ki, əl-Mütənəbbi hikməti mükəmməl etik təlim kimi özündə həm cahiliyyət dövrü əxlaqi düşüncə tərzini, həm qədim yunan fəlsəfəsini, həm də islam təfəkkürünü birləşdirir.
Tədqiqat prosesində Azərbaycan ərəbşünaslığında indiyədək öyrənilməmiş problemlər əks olunmuş, ərəb əxlaqi-fəlsəfi düşüncə tarixi izlənilmiş, ərəb şeirində əxlaqi-didaktik mövzuların əks olunması prosesi öyrənilmiş, ayrıca olaraq, əl-Mütənəbbi hikmətamiz fikirlərinin qaynaqları, əsas ideya istiqamətləri araşdırılmışdır.
Kitab fəlsəfə, şərqşünaslıq, ilahiyyat problemlərinin tədqiqi ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından, muzeylərindən çox sayda mədəni irs nümunələrinin bu və başqa yollarla Avropaya daşındığını və dünya elmi ictimaiyyətinin buna səssiz yanaşdığını konfrans iştirakçılarının nəzərinə çatdırıblar.
Konfransın sonunda yekun Bəyannamə qəbul edilib.
Konfransdan sonra iştirakçılar müsəlmanların əsasını qoyduqları Madrid şəhərinin görməli yerlərini ziyarət ediblər.