PDF Oxu

Mədəniyyət

  • 224

“Turizm ili” çərçivəsində təlim-tədris kursları təşkil ediləcək

“Turizm ili” çərçivəsində təlim-tədris kursları təşkil ediləcək
"Turizm ili" çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil edilir. Bununla əlaqədar cari il mayın 20-də Şimal Qərb bölgəsi üzrə İsmayıllı rayonunda Peşə Tədris Mərkəzində xidmət sahəsi üzrə başlamış təlim-tədris kursları mayın 28-də kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaqdır. Həmçinin, Şimal bölgəsi üzrə cari ilin 1-10 iyun tarixlərində Xaçmaz rayonunda xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi planlaşdırılır. Təlim-tədris kurslarında əsasən mehmanxana idarəçilərinin müəllimlik etməsinin, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcəkdir. Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcəkdir.

Digər xəbərlər