PDF Oxu

Mədəniyyət

  • 78

Nigar Camalın qızı gələcəkdə Azərbaycanı “Eurovision”da təmsil etmək arzusundadır

Nigar Camalın qızı gələcəkdə Azərbaycanı “Eurovision”da təmsil etmək arzusundadır
Böyük Britaniyanın "The Sunn" qəzetində "Eurovision-2011" Mahnı Müsabiqəsinin azərbaycanlı qaliblərindən Nigar Camalın həyat yoldaşı Halukla (Luke) birgə fotosu da verilmişdir. Bu qəzetə müsahibə verən Nigar Camal bəzi məqamlara toxunaraq, bildirmişdir ki, "X Factor" yarışmasında iştirak etmək arzum olmuşdur, ancaq bu istəyim alınmamışdı. Azərbaycanda olarkən mənə "Eurovision" müsabiqəsinin milli seçim turuna qatılmağı təklif etdilər. Sonda 21 yaşlı Eldarla qalib oldum. Qəzet yazır ki, Şimali Londonda yaşayan iki uşaq anası, hazırda postsovet məkanının ulduzuna çevrilmişdir. Nigar Camal qəzetə qalibiyyətdən sonra Azərbaycana qayıtdıqları zaman mindən artıq insanın onları qarşılamağa gəldiyini demişdir. İnsanlar bizi qarşılamaq üçün aeroporta gəlmişdilər. "X Factor"a qatılmamışam, bəlkə də, bu bir taledir. Bir neçə ay bundan əvvəl mən sadə evdar xanım idim, indi isə "Eurovision"un qalibiyəm. Bu, mənim ən böyük arzum idi. Buna baxmayaraq, özümü super-star, qeyri-adi insan hesab etmirəm. Bununla yanaşı, Eldar Qasımov və Nigar Camal "Eurovision TV"-yə də müsahibə vermişlər. Nigar Camal böyük qızı Səidənin mütləq müğənni olmaq və gələcəkdə Azərbaycanı "Eurovision"da təmsil etmək arzusunda olduğunu söyləmişdir. Nigar Camalın böyük qızı Səidənin 5, kiçik qızı Yasəmənin 3 yaşı vardır.

Digər xəbərlər