"Heç kimə zəmanət verilmir"
Bakı Uşaq Teatrı Arzu Soltanın "Heç kəsə zəmanət verilmir" eyniadlı pyesi əsasında "Qeyri-adi məhkəmə" tamaşasının ictimai baxışını nəzərdə tutub. Səhnə əsərinə rejissor İntiqam Soltan quruluş verib. Tamaşa Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanıb. "Qeyri adi məhkəmə" QİÇS-lə bağlı maarifləndirici xarakter daşıyır. Tamaşada əsas rolları xalq artisti Ağaxan Salmanlı, əməkdar artist Vidadi Əliyev, aktyorlar İlhamə Əhmədova, Ruslan Mürsəlov, Rauf Hüseynov, Könül Şahbazova ifa edir. Səhnə əsərinin bədii tərtibatı Sevda Məmmədovaya, musiqisi tərtibatı Rauf Hüseynova məxsusdur.