PDF Oxu

Mədəniyyət

  • 290

Amerika Birləşmiş Ştatlarında caz musiqisi ilə muğam və xalq mahnılarının sintezi səsləndirilib

Amerika Birləşmiş Ştatlarında caz musiqisi ilə muğam və xalq mahnılarının sintezi səsləndirilib
Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi, 28 May Respublika Günü, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün 88-ci ildönümü çərçivəsində təşkil olunmuş konsert proqramlarına yekun vurulub. Hyuston şəhərində keçirilən Hyuston Beynəlxalq Festivalı, həmçinin, Los-Anceles, Santa-Monika, San-Fransisko şəhərlərindəki uğurlu çıxışlardan sonra Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustaları 19 may 2011-ci il tarixdə Vaşinqton şəhərində Ronald Reagan Buildingdə möhtəşəm yekun konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblı, tanınmış pianoçu Emil Əfrasiyab, muğam dördlüyü və istedadlı musiqiçilərin iştirakı ilə keçirilən konsert proqramında caz musiqisi ilə muğam və xalq mahnılarının sintezi səsləndirilmiş, Azərbaycanın milli rəqsləri nümayiş olunmuşdur. Proqram salona toplaşan tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb. Yüksək əhval-ruhiyyə və möhtəşəm alqışlarla bitən tədbirdən sonra salona toplaşanlar öz təəssüratlarını və xoş duyğularını Azərbaycan nümayəndə heyəti ilə bölüşmüş və xalqımızın mədəniyyətini yüksək qiymətləndiriblər.

Digər xəbərlər