PDF Oxu

Mədəniyyət

  • 142

Londonda "Eurovision-2011" Mahnı Müsabiqəsində Azərbaycanın qalib gəlməsi münasibətilə təbriklər səslənib

Londonda "Eurovision-2011" Mahnı Müsabiqəsində Azərbaycanın qalib gəlməsi münasibətilə təbriklər səslənib
Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 89-cu sessiyasında "Eurovision-2011" Mahnı Müsabiqəsində Azərbaycanın birinci yeri qazanması münasibətilə ölkəmizin ünvanına təbriklər səslənib. Dövlət Dəniz Administrasiyasının (DDA) mətbuat xidmətindən sessiyada çıxış edən BDT-nin baş katibi, admiral Eftimios Mitropoulos DDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizin "Eurovision-2011" Mahnı Müsabiqəsində uğur qazanması münasibətilə təbrik etmiş, bu qələbə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmağı xahiş edib. Tədbirdə BDT-yə üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları da Azərbaycan xalqını böyük uğur münasibətilə təbrik etmiş, bu qələbənin ölkəmizdəki mövcud iqtisadi, sosial və mədəni şəraitin bəhrəsi olduğunu xüsusi vurğulanıb. Azərbaycanda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsinin yüksək səviyyədə təşkil olunacağına əminliklərini bildirən natiqlər mahnı müsabiqəsini canlı izləmək üçün Vətənimizə səfər etməkdən məmnun olacaqlarını diqqətə çatdırıblar.

Digər xəbərlər