PDF Oxu

Mədəniyyət

  • 232

Azərbaycan slovak fotoqraf Mixal Vanekin gözü ilə

Azərbaycan slovak fotoqraf Mixal Vanekin gözü ilə
Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu və bu ölkənin Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri "Azərbaycan slovak fotoqraf Mixal Vanekin gözü ilə" adlı sərginin açılış mərasimi Slovakiya Mədəniyyət Nazirliyinin "Dövlət zalı"nda keçirilib. Sərgidə tanınmış slovakiyalı fotoqraf Mixal Vanekin Azərbaycana səfərləri zamanı obyektivin yaddaşına köçürdüyü fotolardan seçmələr nümayiş etdirilir. Sərginin açılış mərasimində Azərbaycanın Slovakiyadakı fəxri konsulu Cəlal Qasımov və Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi Nataliya Çehlarikova çıxış etmişlər. Natiqlər Azərbaycan və Slovakiya arasında əlaqələrin inkişafına toxunmuş, bu kimi sərgilərin slovak ictimaiyyətində ölkəmiz haqqında təsəvvürlərin genişlənməsinə şərait yaradacağını qeyd etmişlər. Mərasimdə Azərbaycanın turizm imkanlarından bəhs edən filmlər nümayiş etdirilmiş, xüsusi stenddə isə Azərbaycan haqqında mühüm məlumatlar slovak və ingilis dillərində təqdim olunmuşdur. Tədbirdə Slovakiya ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, həmçinin. Bratislavada yaşayan soydaşlarımız iştirak etmişlər. Sərgi mayın 29-dək davam edəcəkdir.

Digər xəbərlər