PDF Oxu

Mədəniyyət

  • 111

“Eurovision" yarışması hər zaman parıldayan brilyant olub

“Eurovision" yarışması hər zaman parıldayan brilyant olub
"Eurovision-2011" mahnı müsabiqəsinin mayın 14-də keçiriləcək final mərhələsi zamanı münsiflər heyətinin səsləri bir gün əvvəl hesablanacaq. Bu qərarı "Eurovision" müsabiqəsinin yeni icraçı direktoru Jon Ola Sand keçirdiyi mətbuat konfransında açıqlayıb. O, uzun illər bu sahədə çalışmasına baxmayaraq, icraçı direktor kimi təşkilatçılığın çox məsuliyyətli olduğunu bildirib. Jon Ola Sand yarışma çərçivəsində bu il bəzi dəyişikliklərin olacağını da vurğulayaraq, bildirib ki, həmin dəyişikliklər səsverməyə aid olacaq. Belə ki, televiziya tamaşaçılarına hər şey olduğu kimi görünsə də, münsiflər heyətinin səsləri finaldan bir gün əvvəl hesablanacaq. İcraçı direktor onu da diqqətə çatdırıb ki, səsvermə pəncərəsinin nəzarət altında saxlanılması, gələn səslərin nümayiş etdirilməsi bu yarışmaya etibarı daha da artıracaq və daha keyfiyyətli şou yaratmaq imkanı verəcək. 2011-ci ildən etibarən bu vəzifəni icra edən Jon Ola Sand bildirib ki, "Eurovision" yarışması hər zaman parıldayan brilyant olmuş və çalışacağıq ki, bu brilyant öz parıltısını itirməsin.

Digər xəbərlər