PDF Oxu

Mədəniyyət

  • 457

"Muzeylər gecəsi" aksiyası çərçivəsində ədəbi məclis keçiriləcək

"Muzeylər gecəsi" aksiyası çərçivəsində ədəbi məclis keçiriləcək
Mayın 14-də Cəlil Məmmədquluzadənin ev muzeyi bu il respublika muzeylərində keçiriləcək -"Muzeylər gecəsi" aksiyası çərçivəsində mollanəsrəddinçi, Azərbaycan satirik şerinin böyük ustası M.Ə.Sabirin xatirəsinə həsr olunan "M.Ə.Sabir mollanəsrəddinçi - satirik şeirin banisidir" mövzusunda ədəbi məclis keçirəcək. Gecənin M.Ə.Sabirə həsr olunması hər il ənənəvi olaraq may ayında "M.Ə.Sabir poeziyası günləri"nin keçirilməsi ilə bağlıdır. "Açıq qapı" günü ilə başlayacaq tədbir gecə saatlarına kimi davam edəcək (10.00 - 19.30). Gün ərzində muzeyi ziyarət edənlərə pulsuz muzey xidməti - muzey ekspozisiyası üzrə ekskursiya xidməti göstəriləcək. 14.00-dan 15.30-a kimi M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında məruzələr dinləniləcək. Tədbir iştirakçıları muzeyin əməkdaşları tərəfindən hazırlanmış "M.Ə.Sabir - Azərbaycanın böyük satira ustası" mövzusunda səyyar sərgi ilə tanış olacaq və həmin mövzuda mühazirəni dinləyəcəklər. Tədbirdə "Səbirli Adəmin fəryadı" sənədli televiziya filmindən kadrlar nümayiş olunacaq. Cəlil Məmmədquluzadənin ev-muzeyində yaradılmış "Gənc turist" klubunun üzvləri M.Ə.Sabirin şeirləri əsasında hazırladıqları bədii kompozisiya ilə (bədii rəhbər S.Allahverdiyeva) çıxış edəcəklər.

Digər xəbərlər