"Şəki Oazisi" adlı Şəki mətbəxi haqqında geniş material çap edilib
"Vokruq Sveta" jurnalının 2011-ci il aprel işıq üzü görən sayının "Qastronomiya Səyahəti" adlandırılan rubrikasında "Şəki Oazisi" adlı Şəki mətbəxi haqqında geniş material çap edilib. Şəki haqqında çap edilən materialda oxucular Şəkinin özünəməxsus mətbəxə malik olması və Azərbaycanın zəngin mətbəx mədəniyyəti ilə tanış olmuşlar. Məqalədə Şəki paxlavası, Şəki külçəsi, plov, kükü, piti kimi yemək və şirniyyatlar, habelə Şəkinin şərabçılıq ənənələri haqda geniş məlumat verilmiş və onların hazırlanma qaydaları göstərilmişdir. Azərbaycanın rəngarəng mətbəx mədəniyyəti və özünəməxsusluğu xüsusi tərzdə dünya oxucuların nəzərinə çatdırılması, şübhəsiz ki, Azərbaycan turizminin inkişafı üçün geniş perspektivlər vəd edir.