PDF Oxu

Mədəniyyət

  • 142

Amerikada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Amerikada Azərbaycan mədəniyyəti günləri keçiriləcək
2011-ci ilin 7-8 may tarixində Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində İpək Yoluna həsr olunacaq Hyuston Beynəlxalq Festivalı keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən aldığımız məlumata görə, festival çərçivəsində təşkil olunacaq tədbirlərdə İpək Yolu ölkələrindən və Hyustonla qardaşlaşmış şəhərlərlə yanaşı, ölkəmizin rəsmi heyət və ifaçı qruplarından ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Konsert proqramından sonra 9 may 2011-ci il tarixdə Hyuston və Bakı şəhərlərinin qardaş şəhər olmaqlarının 35 illiyi ilə əlaqədar xüsusi proqramın təşkil edilməsi planlaşdırılır. Eyni zamanda, 10-14 may ABŞ-ın Los-Anceles, 14-17 may San-Fransisko və 17-20 may Vaşinqton şəhərlərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq mədəni proqramlarının təşkil olunması nəzərdə tutulub. Mədəniyyət günlərində təşkil olunacaq konsert proqramlarının birinci hissəsində "Emil Əfrasiyab və onun dostları" caz qrupunun ifasında caz, estrada, xalq mahnılarından ibarət kompozisiya, ikinci hissəsində isə Dövlət Rəqs Ansamblının ifasında müxtəlif rəqslər və həmçinin, məşhur muğam ifaçılarının çıxışları da olacaqdır. Mədəniyyət günləri ölkəmizin Vaşinqtondakı Səfirliyi və Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatı dəstəyi ilə keçirilir.

Digər xəbərlər