Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş bayram konserti
Mayın 6-da İ.Əbilov adına Mədəniyyət Mərkəzi Yasamal rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Yasamal parkında böyük bayram konserti təqdim edəcəkdir. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərovun məlumatına görə, mərkəzin "Şəlalə" xalq çalğı alətləri, "Könül" rəqs, "Leyla" uşaq rəqs ansamblları maraqlı konsert proqramı ilə çıxış edəcəklər.