PDF Oxu

Mədəniyyət

  • 113

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konsert keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konsert keçiriləcək
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə konsert proqramı təqdim olunacaq. Orkestrə Respublikanın xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Rauf Abdullayev rəhbərlik edəcək. Konsert proqramında R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin IX sinif şagirdi Kamil Həsənov, Q.Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbinin V sinif şagirdi Hüseynova Nərgiz, L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin X sinif şagirdləri Şəms Ağazadə, Elgün Ağazadə, Kamran Ömərli və İsrafil Rəsulov, IX sinif şagirdi Kənan Mayılov, T. Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin XI sinif şagirdi Günel Sadıxova çıxış edəcəkdir.

Digər xəbərlər