Azərbaycan Mədəniyyət Fondunun dəstəyilə həyata keçirilən tədbir iyunun 5-nə qədər davam edəcək
Azərbaycanın on yaşlı vokalçısı Yasin Həsənov və "Bakı ulduzları" ansamblı aprelin 26-dan 29-dək Belarusun Mozır şəhərində keçirilmiş gənc istedadların "Yer ağ qanadlar altında" VII Beynəlxalq Festivalının "Qran-pri" mükafatına layiq görülmüşlər.
16 ölkədən gənc istedadların iştirak etdikləri tədbir 1998-ci ildən təşkil olunur. Festival Belarus milli mədəniyyətinin, uşaqların estetik tərbiyəsinin, onların xalq bədii yaradıcılığının çoxəsrlik ənənələri ilə geniş ünsiyyəti, beynəlxalq əlaqələrin möhkəmlənməsi və genişlənməsi, festivalın iştirakçısı olan ölkələrin milli mədəniyyətləri ilə tanışlıq, istedadlı ifaçıların dəstəklənməsi və inkişafı məqsədilə keçirilir.
Bu festivalın "Qran-pri" mükafatına layiq görülmüş 10 yaşlı Yasin Həsənov bundan əvvəl Sankt-Peterburqda keçirilmiş və dünyanın 24 ölkəsindən 700 uşağın iştirak etdiyi Uşaq Vokal Müsabiqəsinin də "Qran-pri" mükafatına sahib olmuşdu.