PDF Oxu

Mədəniyyət

  • 189

“Ən yaxşı mehmanxana saytı - 2011"

“Ən yaxşı mehmanxana saytı - 2011"
Bakı Turizm İnformasiya Mərkəzi (TİM) müsabiqəsini elan edib. Mərkəzdən verilən məlumata görə, məqsəd Azərbaycanın turizm sənayesinin gələcək inkişafına kömək göstərmək, turizm iqtisadiyyatında mehmanxana biznesinin aparıcı rolunun möhkəmlənməsinə və mehmanxana xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqdır. Müsabiqədə Azərbaycan ərazisində yerləşən mehmanxanalar və digər yerləşdirmə obyektləri iştirak edə bilər. İştirak üçün sənəd qəbulu mayın 20-də başa çatacaq. Qaliblərin mükafatlandırma mərasimi mayın sonlarında keçiriləcək. Bakı TİM-dən hesab edirlər ki, müsabiqənin effektivliyi bir çox otel sahiblərini öz saytlarına tənqidi yanaşmağa və saytlarında əhəmiyyətli dəyişikliklər etməyə məcbur edəcək. Müsabiqədə üç mükafat yeri və müsabiqənin laureatı adı müəyyən edilib. Qiymətləndirmə məlumat bazasının və göstərilən xidmətlər haqqında məlumatların təqdim edilməsinin keyfiyyəti, habelə, müştəri üçün interaktiv informasiya servislərinin və məlumat bölmələrinin keyfiyyəti, saytın dizaynı, axtarış sistemlərində saytın axtarışının səmərəliliyi və digər zəruri meyarların üstünlüyü nəzərə alınmaqla aparılacaq.

Digər xəbərlər