PDF Oxu

Mədəniyyət

  • 90

Qız Qalasının bərpa və muzey konservasiyası işlərinə başlanılıb

Qız Qalasının bərpa və muzey konservasiyası işlərinə başlanılıb
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a uyğun olaraq ərazidəki tarixi-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində Qız Qalasının bərpa və muzey konservasiyası işlərinə başlanılıb. "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən xəbərə görə, nəzərdə tutulmuş işlər Avstriyanın məşhur bərpaçı mütəxəssisi, bundan əvvəl İçərişəhərdə yerləşən Məhəmməd məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bərpa zamanı Almaniyanın "Remmers" şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunacaq. "Atelier Erich Pummer" şirkəti abidənin unikallığını nəzərə alaraq, 2009-cu ilin noyabrında tam miqyaslı işlərə başlanmazdan əvvəl Qız Qalasının cənub-qərb tərəfindəki sınaq sahəsində bərpa işləri aparıb. Avstriyanın "Atelier Erich Pummer" şirkəti ötən il İçərişəhər ərazisində yerləşən digər dünya əhəmiyyətli abidə olan Məhəmməd Məscidində muzey-konservasiya işlərini uğurla başa çatdırıb. Sözügedən konservasiya işləri zamanı Azərbaycanda ilk dəfə olaraq vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilib.

Digər xəbərlər