PDF Oxu

Mədəniyyət

  • 75

Folklor İnstitutunun əməkdaşları beynəlxalq qurultayda iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları beynəlxalq qurultayda iştirak ediblər
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları beynəlxalq qurultayda iştirak ediblər. Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, filologiya elmləri namizədi S.Rzasoy və şöbənin əməkdaşı filologiya elmləri doktoru R.Qafarlı Türkiyədə Fəthiyə Bələdiyyəsi və Xalq Kültürü Araşdırmaları Qurumunun təşkil etdiyi Uluslararası Türk Kültürü Qurltayında məruzə ilə çıxış etmişlər.
Folklor İnstitutunun mətbuat katibi Hikmət Quliyevin məlumatına görə, on altı ayrı-ayrı ölkələrdən gələn alimlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans türk dünyasının ortaq bayramı olan Novruz bayramına həsr olunmuşdu. Qurultayda Azərbaycan, Bolqarıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, KKTC, Yunanıstan, Ukrayna, Rumınya, İraq, Qaraçay-Balkar, Çuvaşiya, Uyğur, Noqay, Kosovo, Sibir kimi dövlət və muxtar respublikalardan olan tədqiqatçı və alimlər məruzələrlə çıxış etmişlər.
S.Rzasoy qurultayın ikinci günü "Novruz bayramının mifoloji, dini və fəlsəfi özəllikləri" məruzəsi ilə çıxış etmişdir. R.Qafarlı isə "Bahar önü İlaxır çərşənbələr və Novruz bayramının mifoloji qaynaqları" adlı məruzəni qurultay iştirakçılarının nəzərinə çatdırmışdır. Hər iki məruzə qurultay iştirakçıları tərəfindən maraqla qrşılanmış və məruzələr ətrafında müzakirələr aparılmışdır.

Digər xəbərlər