PDF Oxu

Mədəniyyət

  • 101

Miniatür Kitab Muzeyinin 9 illiyi qeyd olunub

Miniatür Kitab Muzeyinin 9 illiyi qeyd olunub
Miniatür Kitab Muzeyinin 9 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Muzeyin təsisçisi Zərifə Salahova tədbiri açaraq bu mədəniyyət ocağının yaranma tarixindən danışaraq, Ümummilli Lider Heydər Əliyevin muzeyin inkişafındakı rolunu diqqətə çatdırıb. Qeyd edib ki, Bakıda ilk Miniatür Kitab Muzeyi YUNESKO-nun qərarı ilə qeyd edilən Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə - 2002-ci il aprelin 23-də Ulu Öndər Heydər Əliyevin şəxsi göstərişi ilə açılıb. Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, Dövlət Film Fondun direktoru Cəmil Quliyev, AMEA Hüseyn Cavid Ev-Muzeyinin direktoru Gülbəniz Babaxanlı çıxış edərək, belə bir muzeyin təşkilinin əhəmiyyətindən danışaraq, onun yaradıcısı Zərifə Salahovanın fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə yeni yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, Zərifə Salahova miniatür kitabları toplamaqla yanaşı, həm də nəşr etdirir. Muzey fəaliyyət göstərdiyi 9 il ərzində 30-dan çox miniatür kitab nəşr etdirmişdir. Muzeyin kolleksiyasını "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yol", "Şərq dastanları və lirikası" silsiləsi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk və digər söz ustalarının şeir topluları bəzəyir. Muzeydə "Azərbaycan Prezidenti Heydər Əliyevin 80 illik yubileyi münasibətilə təbriklər", "Yeni Azərbaycan Partiyası", "Vətənə, dövlətə, xalqa sadiqlik andı. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi" və ölkəmizdə nəşr olunmuş digər kitabların özünəməxsus yeri vardır. Hazırda muzeydə dünyanın 62 ölkəsində nəşr edilmiş 6 mindən çox kitab saxlanılır.

Digər xəbərlər