PDF Oxu

Mədəniyyət

  • 2 254

Avropa Şurasının Mədəni Marşrutlar üzrə Hissəvi Sazişin İdarəetmə Şurasının ilk iclası keçirilib

Avropa Şurasının Mədəni Marşrutlar üzrə Hissəvi Sazişin İdarəetmə Şurasının ilk iclası keçirilib
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq əlaqələr və protokol sektorunun məsləhətçisi Müsəllim Əfəndiyev Böyük Lüksemburq hersoqluğunun paytaxtı Lüksemburq şəhərində keçirilən Avropa Şurasının Mədəni Marşrutlar üzrə Hissəvi Sazişin İdarəetmə Şurasının ilk iclasında iştirak edib.
Nazirliyin nümayəndəsi ilə yanaşı, İdarəetmə Şurasının ilk iclasında Hissəvi Sazişə üzv olan Avstriya, Kipr, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Çernoqoriya, Portuqaliya, Norveç, Rusiya, Sloveniyanın nümayəndələri, eyni zamanda, Avropa Komissiyasının nümayəndəsi iştirak edib.
Eyni zamanda, müşayiətçi qismində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Elm və Təhsil Komitəsinin üzvü xanım Anna Brausser, Avropa Şurasının Təhsil, Mədəniyyət və İrs, Gənclər və İdman üzrə baş direktoru xanım Qabriella Battaini-Dragoninin başçılıq etdiyi nümayəndə heyəti, Lüksemburq şəhərində yerləşən Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun nümayəndə heyəti iştirak edib.
İclasın gündəliyi təsdiq olunduqdan Hissəvi Sazişə qoşulmuş ölkələr tərəfindən 2011-ci il üçün ödəniləcək məbləğ təsdiq olunmuşdur. Daha sonra isə İdarəetmə Şurasının İcraçı Katibliyi hesab edilən və üç nəfərdən ibarət büroya seçkilər keçirilib.
İclas zamanı Hissəvi Sazişə üzv ölkələrin sayı artdıqda Büro üzvlərinin sayının artırılması və ya yeni seçkilərin keçirilməsi, həmin sazişin imzalanmasına qədər mövcud olan mədəni marşrutların statusu və Hissəvi Sazişə qoşulmayan ölkələrdən keçən mədəni marşrutların tanınması, "Avropa Şurasının Mədəni Marşrutu" sertifikatının verilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Onu da qeyd etmək istərdik ki, Azərbaycanın təşəbbüsü olan "Aleksandr Düma Qafqazda" mədəni marşrutu üzrə işlərin davam etdirilməsi, Fransa, Gürcüstan və Rusiya Federasiyasındakı müvafiq qurumlarla əlaqə yaradılması və qarşı tərəflərin əməkdaşlığa təhrik edilməsi və cari ilin noyabr ayına kimi qeyd olunmuş mədəni marşrut üzrə sənədlərin hazırlanması və Avropa Şurasına göndərilməsi üçün nazirlik tərəfindən müvafiq işlər aparılır.

Digər xəbərlər