PDF Oxu

Mədəniyyət

  • 64

I Beynəlxalq Mədəniyyət Festivalı keçirilib

I Beynəlxalq Mədəniyyət Festivalı keçirilib
Aprelin 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) kitab mərkəzinin açılışı və bu münasibətlə I Beynəlxalq Mədəniyyət Festivalı keçirilib.
Mərasimdə xarici işlər nazirinin müavini, ADA-nın rektoru, professor Hafiz Paşayev çıxış edərək, dünya üzrə ən son nəşrlərin mərkəzə gətiriləcəyini bildirib. Qeyd edilib ki, ənənəvi olaraq keçiriləcək Beynəlxalq Mədəniyyət Festivalı xalq diplomatiyasının bir hissəsidir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərkəzin açılışı münasibətilə ADA-nın kollektivini təbrik etmiş, I Beynəlxalq Mədəniyyət Festivalının əhəmiyyəti haqqında danışmışdır.
Mərkəzdə qurulmuş stendlərdə on səkkiz ölkənin Azərbaycandakı səfirlikləri təmsil etdikləri ölkələrlə bağlı kitablar, jurnallar, broşurlar, fotoşəkillər, müxtəlif geyim və bəzək əşyaları, şirniyyat məmulatları nümayiş etdirib.
Tədbir ayrı-ayrı ölkələrin milli rəqs qruplarının konsert proqramı ilə davam edib.

Digər xəbərlər