PDF Oxu

Mədəniyyət

  • 285

Ədəbiyyat və fotomateriallardan ibarət sərgi təşkil edilib

Ədəbiyyat və fotomateriallardan ibarət sərgi təşkil edilib
AMEA Mərkəzi-Elmi Kitabxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr olunmuş ədəbiyyat və fotomateriallardan ibarət sərgi təşkil edilib. Sərgidə görkəmli alimin həyat və elmi fəaliyyətini əks etdirən ədəbiyyat daha geniş yer tutur. İridologiya elminin banisi, akademik Zərifə xanım Əliyeva apardığı elmi-tədqiqat işləri nəticəsində oftalmologiya elmində böyük nailiyyətlər əldə etmişdir. Onun sərgidə nümayiş etdirilən əsərlərindən "Aktualnıe problemı oftalmoloqii"(1983), "Vozrastnıe izmeneniya qlaza i zritelno-nervnoqo puti" (1980) adlı monoqrafiyaları diqqəti daha çox cəlb edir. Bundan başqa, görkəmli alimə həsr edilmiş "Akademik Zarifa Alieva", "Akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilir (75 illiyinə)", "Yüksək əqidə", "Qaranlığa nur saçan zəka" adlı kitablar, onun haqqında dövri mətbuatda nəşr olunan məqalələr, xatirə yazıları və s. sərgidə yer alıb. Sərgidə Azərbaycan dilində, rus və digər xarici dillərdə 40-dan çox ədəbiyyat nümayiş etdirilir.

Digər xəbərlər