Xalq Teatrları Festivalına start verildi
Mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, onların fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq, müasir formaların tətbiq olunması, əhalinin teatr sənətinə marağının artırılması məqsədi ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə aprelin 18-dən 27-dək paytaxtda fəaliyyət göstərən Xalq Teatrları Festivalı keçirilir.
Bildiyimiz kimi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 2010-cu ildə kiçik həcmli hekayələr və bir pərdəli pyeslər müsabiqəsi keçirilmişdir.